“CASPEL” – biznesə köməyə gələn IT

Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür.

“Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.

  • Biznesdə yaranan problemlərin informasiya texnologiyalarının köməyi ilə həll edilməsi;
  • Müəssisənin spesifikasiyası və fəaliyyət sahəsi nəzərə alınmaqla oradakı proseslərin avtomatlaşdırılması;
  • Proqram və aparat səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi;
  • Müəssisənin elektik enerjisinə, IT-mütəxəssislərə çəkilən xərclərinin optimallaşdırılması.

Artıq 11 ildir ki, “Caspel” şirkəti iri və orta biznes üçün IT-həllərin tətbiqi sahəsində çalışır. Zaman keçdikcə, şirkətimizin təklif etdiyi məhsul və xidmətlərə proqramlaşdırma da əlavə olundu. Hal-hazırda isə “Caspel” 3 yeni layihə: IPTV, startaplarla əməkdaşlıq və onların ekspert qiymətləndirilməsi, xüsusi mülkiyyətçi-müştəriyə hesablanmış fibro-optik şəbəkələrin və ADSL-in genişləndirilməsi – kimi layihələri irəli sürür.

Müvəffəqiyyətə gedən yol

“Caspel” inteqrasiya məsələlərindən – təşkilatların meydana çıxan yeni, müasir problemlərinin həllinə yönəlmiş kompleks proqram-aparat sistemlərindən ilk addımlarını atmağa başlamışdır. Bu illər ərzində şirkətin əməkdaşlarının sayı 30-dan 200 nəfərə qədər çoxalmışdır.

Artıq Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştərilərinə çevrilmişlər. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “Caspel”in xidmətlərindən istifadə edirlər.

Startap-ekspertiza layihəsinin başlanması isə gənc biznesə yardım etməyə və vəsaitlər yatırmağa hazır olan şirkətin dayanıqlı maliyyə vəziyyətindən xəbər verir. “Caspel” şirkəti 2008-ci və 2015-ci illərdə baş vermiş böhranları uğurla adlayaraq inkişaf etməyə və yeni-yeni bazarlar fəth etməyə davam edir.

Artıq şirkətimiz istisnavi olaraq korporativ müştərilərlə əməkdaşlıq etmək praktikasından irəli doğru bir addım da ataraq, indi fiziki şəxslərə də xidmət etməyə başlamışdır. İndi “Caspel” ayrı-ayrı fiziki şəxslərə yeni layihələr – IP-televiziya və öz optik-lif şəbəkəsinə qoşulma, ADSL-qoşulma təklif edir.

Təqdim edilən xidmətlər

“Caspel” şirkətinin saytında Siz təqdim edilən məhsullar, xidmətlər, partnyorlarımız haqqında müfəssəl məlumatlar ala bilərsiniz. Artıq qeyd edildiyi kimi “Caspel” aşağıdakılar səbəbindən biznesdə yaranan problemlərin həlli ilə mə.ğuldir:

  • insan amili;
  • resursların (maliyyə, enerji, vaxt) qeyri-rasional istifadəsi;
  • informasiya təhlükəsizliyi sistemində yaranmış pozuntular, mühafizə sistemlərinin azlığı (məsələn, videomüşahidənin olmaması);
  • elektrik enerjisi təminatının kəsilməsi və digər fövqəladə hallar.

Biznes-proseslərin avtomatlaşdırılması, məlumatların “bulud” saxlancları, fəlakətədavamlı sistemlər, düzgün düşünülmüş sənəd dövriyyəsi, müəssisədə baş verən hadisələrin təhlili, maliyyə axınlarının və əmtəələrin hərəkətinin tam idarəedilməsi – bütün bunlar “Caspel” şirkətinin köməyi ilə həyata keçə bilərlər.

İnsanyönümlü biznes

“Caspel” şirkəti öz müştərilərinin qayğısına qalır. Onun təqdim etdiyi avadanlıqlar dünya bazarının liderləri tərəfindən istehsal edilmişdir. Proqram təminatı isə istisnavi olaraq ya lisenziyalıdır, ya da ki, öz mütəxəssisləri tərəfindən hazırlanmışdır. Şirkətin təklif etdiyi bütün məhsullar ilkin testləşdirmədən keçirlər.

“Caspel”in müştərilərinin xidmətində:

  • fasiləsiz və istirahətsiz işləyən sutkaboyunca dəstək;
  • ilk tələblə aparatlara baxış və təmiri keçirməyə hazır olan servis mərkəzi;
  • sertifikatlaşdırılmış mütəxəssislər.

Hər hansı bir həlli tətbiq etməmişdən qabaq “Caspel” müəssisənin auditini keçirir. Belə ki, konkret biznesin bütün aspektlərinin və nüanslarının öyrənilməsi həmin biznesin ehtiyaclarını maksimal şəkildə ödəyən məhsulları işləyib hazırlamağa imkan verir. Bu isə insan ehtiyatlarından başlamış maliyyə resurslarına kimi bütün xərclərin gözəçarpacaq tərzdə azalmasına və resursların düzgün bölüşdürülməsinə gətirib çıxarır.

“CASPEL”: Sizin biznes üçün ən yeni texnologiyalar!

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR DETAILS?

yuxarı