Korporativ fibro-optik və ADSL qoşulmaların həyata keçirilməsi

“Caspel” şirkəti bütün Azərbaycan ərazisi boyunca korporativ və xüsusi strukturların bölmələrini birləşdirən optic-lifli və ADSL şəbəkələrin yaradılması və genişləndirilməsini özünün prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bütün filiallar və istifadəçilər arasında informasiya axınları mübadiləsini təmin etmək üçün vahid bir şəbəkənin qurulması, əlçatmaz bir zənginlik yox, müasir biznes işinin gündəlik zərurətidir.

Əvvəllər yalnız korporativ müştərilərlə əməkdaşlıq etmiş “Caspel” şirkəti bu layhədə xidmətlərini birbaşa olaraq son istehlakçıya təqdim etmək istəyir.

Şəbəkənin lazımi buraxılış qabiliyyətindən asılı olaraq ya ADSL, ya da optic-lif qoşulmalarının texnologiyaları istifadə ediləcəkdir. ADSL qoşulması şəbəkənin buraxılış qabiliyyətinin bir o qədər də kritik rola malik olmadığı halda tətbiq olunacaqdır. Fibro-optik şəbəkə isə böyük həcmli informasiyanın ütürülməsi zamanı gecikmələrin labüdləşdiyi və vəsaitlərin və ya rabitənin keyfiyyətinin itirilməsi təhlükəsi təhdid etdiyi halda tətbiq olunur. ADSL-birləşmə geniş rabitə kanalına ehtiyacı olmayan fiziki şəxslərin işinə yarayır.

Fibro-optik texnologiyalar üzərində şəbəkələrin qurulmasının aşağıdakı üstünlükləri vardır:

  • kommunikasiyaların rasionallaşdırılması və məlumatların qəbul edilib-ötürülməsinin yaxşılaşdırılması;
  • biznes-prosesləri avtomatlaşdırmağa və optimallaşdırmağa və ya istifadəçinin rahat istifadə səviyyəsini artırmağa imkan verən müasir IT-həllərin tətbiqi;
  • informasiya təhlükəsizliyi səviyyəsinin artırılması üçün ilkin şərtlərin təmin olunması.

Yüksəksürətli şəbəkələr

“Caspel” şirkətinin infrastrukturunda quraşdırılmış yüksəksürətli korporativ fibro-optik və ADSL şəbəkələr, mühafizə olunan etibarlı rabitəyə zəmanət verir. Məlumatların ötürülməsinin sürətinə və kanalın təhlükəsizliyinə qiymət verən ayrı-ayrı şəxslər də şəbəkəmizə qoşulmaq imkanları qazanırlar. Bu cür qoşulma imkanlarının mümkünlüyü – “Caspel” şirkətinin qarşısında duran prioritet məsələlərindən biridir.

“Caspel”in təklifinin üstünlükləri:

  • hər hansı bir ölçüdə olan biznes və ya xüsusi istifadə üçün rahat miqyaslaşma. Kiçik biznesin 2 bölməsini də, orta biznesin 20 bölməsini də və ya 2000 korporativ filialı, yaşayış evlərinin mənzillərini və ya xüsusi mülkləri də eyni rahatlıq və sadəliklə korporativ şəbəkəyə birləşdiririk;
  • şəbəkələrin və ayrı-ayrı bazaların, məlumatların saxlanma və işlənməsi mərkəzlərinin təhlükəsizliyinin, fasiləsizliyinin və fəlakətədavamlılığının təminatı üçün geniş IT-həll seçimi təqdim edirik.

+9 (9412) 567-9090 telefon nömrəsinə zəng etməklə ADSL və ya FO (fibro-optik) texnologiyaları arasında seçim məsələləri üzrə pulsuz məsləhətlər alın və biznesiniz və ya xüsusi qoşulma üçün şəbəkənin qurulmasını sifariş verin!

yuxarı