Bankçılıq sahəsində IT-audit

Bankçılıq işinin auditi, proqram məhsulu və ya IT-infrastrukturu - ən yaxşı hazırlıq tələb edən mürəkkəb proseslərdir. “Caspel” şirkəti bank personalının maneəsiz şəkildə istifadə etməsi üçün IT-sistemlərə xidməti, onların işinin diaqnostikasını, serverlərin işində pozuntuların aradan qaldırılmasını və həmçinin avadanlığın optimal sazlanması xidmətini təklif edir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Bank əməliyyatlarını avtomatlaşdırmağa imkan verən sistemlərin xidməti kifayət qədər mürəkkəb işdir. Bu səbəbdən də ştat işçinin mövcudluğu heç də həmişə nəticələrin müsbət olacağına zəmanət vermir. “Caspel” mütəxəssisləri isə artıq uzun illərdir ki, bu sahədə çalışırlar və buna görə də onlar yaranmış problemləri daha müfəssəl şəkildə araşdıra bilirlər.

Prosedur bir neçə mərhələdən ibarətdir:

  • bankın IT-infrastrukturunun cari vəziyyəti diqqətlə təhlil edilir;
  • mövcud kritik hallar üzrə hesabat tərtib edilir;
  • strukturun işində risklərin qiymətləndirilməsi aparılır;
  • informasiya sisteminin mühafizə səviyyəsinin qaldırılması üzrə təkliflər təqdim edilir.

“Caspel”in mütəxəssisləri kompleks yanaşma və ekspres-qiymətləndirmə təklif etməklə IT-auditin 2 əsas istiqaməti üzrə çalışırlar. Konkret xidmətin seçimi isə müştəridən asılıdır.

Kompleks audit – əməliyyatların stabillik zəmanəti

Kompleks audit xidməti məhsulun istifadə texnologiyalarının araşdırılmasına istiqamətlənmişdir. Auditin nəticələri əsasında bank strukturunun fəaliyyətinin modernləşdirilməsi və IT-sxemin tətbiqinin səmərəliliyinin artırılması üzrə təkliflər siyahısı tərtib edilir.

Kompleks audit aşağıdakılardan ibarət olur:

  • avtomatlaşdırılan prosedurların, onların ardıcıllığının, variantlarının və həmçinin mövcud və potensial problemlərinin texnologiyasının tam təhlili;
  • fəaliyyət sxeminin məhsuldarlığının, kənarlaşmaların hesablanmasının və sazlanmalarda olan pozuntuların ümumi qiymətləndirilməsi;
  • nöqsanların aradan qaldırılması, iş metodu, əlavə sazlamalar və yenidən işləmələr üzrə təkliflərin verilməsi.

Təhlilin vacib hissəsi isə aparılmış audit nəticəsində aşkar edilmiş texniki və texnoloji problemlərin konkret şəkildə qeyd edildiyi xülasənin tərtib edilməsidir.

Ekspres-audit – problemin axtarışı və onun aradan qaldırılması metodları

Ekspres-audit xidmətinin məqsədi məhsulun və ya modulun işində pozuntuların müəyyən edilməsi, əməliyyatların aparılması sürətinin artırılması və səhvlərin aradan qaldırılmasıdır.

Ekspres-audit aşağıdakı əsaslarla texnologiyaların fəaliyyətinin ümumi vəziyyətinin tərtib edilməsini nəzərdə tutur:

  • bank personalının anketləşdirilməsi;
  • ayrı-ayrı proqram modullarının təhlili;
  • problemli əməliyyatların testdən keçirilməsi.

Keçirilmiş audit nəticəsində isə problemin aradan qaldırılması və texnologiyanın yenidən işlənməsi barədə təkliflər olan xülasə təqdim olunur.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı