İnformasiya təhlükəsizliyi üzrə ekspert auditi xidmərləri

“Caspel” şirkəti mütərilərinin biznesində istifadə olunan informasiya təhlükəsizliyi tədbirlərinin müstəqil ekspertizası xidmətləri də göstərir. Aparılan kompleks audit müştərilərin işçi serverlərində tətbiq edilən təhlükəsizlik sistemlərinin və bədxahlar tərəfindən icazəsiz daxilolmalardan müdafiənin zəif tərəflərini müəyyən edilməsnə yönəlmişdir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Auditin effektiv və səmərəli şəkildə aparılması üçün aşağıdakı əməkdaşlıq sxemi təklif edilir:

  • Başlanğıc mərhələ. Bu mərhələdə biznes strukturunun rəhbərliyi tərəfdən auditin keçirilməsi məsələsi təşviq edilir və müvafiq müqavilələr bağlanır;
  • İlkin təhlil mərhələsi. Sifarişçi ilə sıx şəkildə əməkdaşlıq edərək informasiya təhlükəsizliyinin auditinin əsas məqsədləri müəyyən edilir, IT-sistemə olan tələblər formalaşdırılır, aiditin keçirilməsi planı və audit zamanı istifadə ediləcək metodlar işlənib hazırlanır;
  • Məlumatların toplanması mərhələsi. Bu mərhələdə sənədləşmənin tamhəcmli auditor qiymətləndirilməsi üçün zəruri olan məlumatlar əldə edilir, IT-sektor əməkdaşları ilə müsahibə edilir və informasiya şəbəkələrinin strukturu ilə tanış olunur;
  • Məlumatların təhlilimərhələsi. Bu mərhələdə biznesin informasiya təhlükəsizliyinin ilkin qiymətləndirilməsi, risklərin nəzərdən keçirilməsi, informasiya təhlükəsizliyinin müəyyən edilmiş boşluqlarının və potensial təhlükələrin təhlili aparılır;
  • Auditin nəticələrinin hazırlanması və obyektiv ekspert qiymətləndirilməsinin tərtib edilməsi mərhələsi. Bu mərhələdə inforformasiya təhlükəsizliyi səviyyəsinin artırılması üzrə məsləhət və təkliflər təqdim edilir.

Qeyd olunmalıdır ki, informasiya təhlükəsizliyinin auditi bütün zəruri bilgilərə və düşünülmüş ekspert qiymətləndirilməsi texniki vasitələrə malik olan müxtəlif yönümlü mütəxəssislər tərəfindən aparılır. Auditor yoxlaması bitdikdən sonra təqdim olunan məlumatın aktuallığı özündə təhlükəsizliyin təmin olunmasının, boşluqların müəyyən edilməsi və aradan qaldırılması və həmçinin yeni təhlükələrin yaranması sahəsində dünyada gedən tendensiyaların daima izlənməsini ehtiva edir. Müştərilərimiz tam əmin ola bilərlər ki, kritik təhlükəsizlik boşluqları müəyyən edilən kimi onlar vaxtında bu barədə məlumatlandırılacaq və auditin sonunda belə boşluqların aradan qaldırılması üzrə rekomendasiyalar alacaqlar.

Audit bitdikdən sonra biznesin informasiya təhlükəsizliyinin vəziyyəti, istifadə olunan proqram təminatlarının etibarlılığı, mövcud olan təhlükələrin aradan qaldırılması və ümumi təhlükəsizlik səviyyəsinin artırılması barədə geniş ekspert rəyi təqdim olunur.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı