Avtorizə edilmiş servis mərkəzi

Biznes-proseslərin, maliyyə uçotunun, istehsal sahəsində materialların hərəkətinin uçotunun avtomatlaşdırılması, IT-infrastrukturun tətbiqini nəzərdə tutur. Belə bir sistemin sıfırdan yaradılması və ya köhnə bazanın modernləşdirilməsi ayrılmaz şəkildə proqram-aparat kompleksi həllərinin axtarışı ilə bağlı olan bir işdir.

“Caspel” şirkəti yeni IT-strukturun yaradılmasına hazırlığın bütün mərhələlərində müştərilərinə itisaslı dəstəyini təklif edir. Servisimizin aşağıdakı xüsusiyyətləri vardır:

  • avadanlığın alınması – qabaqcıl texnika istehsalçıları ilə sıx əməkdaşlıq münasibətlərində olan “Caspel” şirkəti müəssisələri istehsalçıdan alış qiymətinə başa gələn zəruri avadanlıqla tam çəkildə təchiz etmək imkanlarına malikdir;
  • kompüter sistemlərinin qurulması – “Caspel”in əməkdaşları əslində - heç bir kənar yardım gözləmədən ofisin avadanlığını qura bilən, kompüterlərin və periferiyanın sazlamasını apara bilən, sistemin test işəsalınmasını edə bilən – IT-sahəsinin mütəxəssisləridir;
  • proqram təminatının seçilməsi – “Caspel”in sistem administratorları müəssisədə informasiya mübadiləsi proseslərini və personalın hər bir üzvünün işinə nəzarəti maksimal avtomatlaşdırmağa imkan verən proqram paketi təqdim etmək iqtidarındadırlar;
  • aktual həllərin tətbiqi – “Caspel” şirkəti həllərə zəruri funksiyalar da, məsələn, fərdi istifadəçi funksiyaları dəsti olan ERP sistemi də, daxil etməklə, – maliyyə, kadr və kargüzarlıq əlavələrinin işlənib hazırlanmasını təklif edir.

IT sahəsində topladığı çoxillik təcrübə “Caspel”in mütəxəssislərinə öz müştərilərini ayrı-ayrı ixtisaslı işçi axtarışına əlavə vaxt və material resursları sərf etmədən, maksimal sürətlə kompleks dəstək göstərməyə imkah verir.

Servisin faydaları

Müəssisənin informasiya təhlükəsizliyi üzrə layihənin həyata keçirilməsinə ayrılan pul vəsaitlərinin miqdarından asılı olmayaraq bu məsələ öz aktuallığını həmişə saxlayır. “Caspel” yalnız mühafizə sistemlərinin effektiv iş qabiliyyətini meyar götürərək, məhdud maliyyələşmə imkanlarına malik olan biznes üçün də optimal həllər təklif edir.

“Caspel” şirkətinin prioritet kimi qərar verdiyi məsələlər aşağıdakılardır:

  • müştərinin sorğusuna anındaca reaksiya verilməsi;
  • hər bir konkret sual üçün maksimal proqressiv həllin axtarılması;
  • topdasatış qiymətlərlə professional avadanlığın seçimi;
  • müəssisənin fəaliyyətinə uyğunlaşdırılmış və aktual proqram təminatının kompüterlər şəbəkəsinə quraşdırılması.

“Caspel” şirkəti ilə əməkdaşlıq biznesinizə daimi texniki yardımı, IT-infrastrukturun fasiləsiz surətdə çalışmasını və nəzərdə tutulmuş planların həyata keçirilməsini təmin edəcəkdir.

yuxarı