Biznes-proseslərin avtomatlaşdırılması

Müasir biznes fəaliyyəti təcrübəsi insan amili ucbatından buraxılan səhv ehtimalını istisna edir. Belə bir imkan isə ERP (Enterprise Resource Planning) innovasiya sistemi vasitəsilə təmin edilir. Bu sistem müəssisədə baş verən bütün biznes-prosesləri tamamilə avtomatlaşdırmağa imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

ERP sisteminin işinin aşağıdakı prioritet istiqamətləri vardır:

  • maliyyə əməliyyatlarının sadələşməsi - yəni, pul vəsaitlərinin zərurət sırası ilə şöbələr üzrə bölüşdürülməsi, ödəniş və xərclər üzərində tam nəzarət, təmiz mənfəətin müəyyən edilməsi, pul sızmalarının istisna edilməsi;
  • kadrlar mərkəzinin nizamlı işi - yəni, vahid bazanın bütün səviyyələrində personal barədə məlumatların avtomatik şəkildə daxil edilməsi, əməkdaşların karyera yüksəlişi, nailiyyətləri, mükafatları və cərimələri barədə məlumatların izlənməsi;
  • anbar fəaliyyətinin stabilləşməsi - yəni, xammal və hazır məhsulun anbara daxil olmasından oradan çıxmasına qədər anbar ərazisində bütün hərəkətinə tam nəzarət, malların rasional saxlanması, zəruri materialların sürətli axtarışı;
  • layihələrin rasional idarəedilməsi - yəni, biznesin müvafiq bazarda inkişaf texnologiyasının tətbiqi, bu prosesin tam nəzarətdə saxlanılması və seçilmiş strategiyaya mərhələli dəyişiklik etmək imkanı.

ERP sistemi, ilk növbədə böyük sənəd dövriyyəsi olan təşkilatlar üçün aktuallıq kəsb edir. Çünki sistemin tətbiqi halında belə təşkilatlar məsələlərin həllinə sərf edilən vaxtın qısalmasından əlavə, müəssisədə gedən bütün proseslər üzərində tam nəzarət etmək imkanı əldə edirlər.

ERP sisteminin tətbiqinin faydaları

Biznes-proseslərin avtomatlaşdırılması şirkətin fəaliyyəti üzrə bütün informasiyanı vahid bazada saxlamağa imkan verir ki, bu da şöbə və bölmələr arasında daxili məlumat mübadiləsi prosesini sadələşdirir. Məsələn, əməkdaşın şəxsi kartına edilən hər hansı dəyişiklik, həmin andaca digər strukturların hesabatlarında da öz əksini tapır. Beləliklə də, artıq digər bölmələrə heç bir sorğu göndərmədən və cavab gözləmədən zəruri məlumatlar əldə edilmiş olur.

ERP sisteminin aşağıdakı üstünlükləri vürdır:

  • informasiya resursları mübadiləsi proseslərinin sürətlənməsi;
  • müəssisənin fəaliyyəti barədə məlumatların bir elektron arxivdə qorunub saxlanması;
  • məlumatlara baxış və düzəliş edilməsinə əlçatarlığın məhdudlaşdırılması;
  • filialların, şöbələrin, əməkdaşların işinə mərhələli nəzarətin həyata keçirilməsi;
  • məlumatların tam informasiya təhlükəsizliyi;
  • şirkətin öz təcrübəsini nəzərə alaraq onun inkişaf planının tərtib edilməsi imkanı.

"Caspel" şirkəti belə sistemləri hazırlayır və onların funksionallığının konkret biznesin xüsusiyyətlərinə uyğunlaşdırılmasını həyata keçirir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı