Məlumatların rezerv surətçıxarması

Ayrıca götürülmüş daşıyıcıda məlumatın ehtiyat surətinin yaradılması “Məlumat kütlələrinin rezerv dublikasiyası üçün proqram təminatı” adı almış xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Belə bir əməliyyatın məqsədi – sərt disklərin zədələnməsi nəticəsində məlumatın itirilməsinin qarşısının alınması hallarında orada olan informasiyanın bərpası prosesinin sadələşdirilməsidir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Bu metod yüksək etibarlılıq səviyyəsi, nisbi ucuzluq və konkret kompüterə sənədlərdən başqa, proqram təminatının təminatını və dublikasiya anına mövcud olan sistemlər də daxil olmaqla bütün məlumat kütləsini tez bir şəkildə geri qaytarmaq imkanı ilə fərqlənir.

“Caspel” şirkəti arxivləşdirmə və məlumatların sonrakı bərpası altsistemləri də daxil olmaqla, informasiyanın rezerv dublikasiyası sistemlərinin layihələrinin işlənməsi, onların yaradılması və tətbiqi sahəsində kompleks xidmətlər təklif edir.

Şirkətimiz tərəfindən hazırlanmış həll rezerv surətçıxarma və bərpa anlayışlarına daxil olan bütün proseslərin optimallaşdırılmasını həyata keçirməyə hesablanmışdır. Bunun üçün aşağıdakı alətlərdən istifadə olunur:

  • məlumatların arxivləşdirilməsi sahəsində qabaqcıl təcrübə;
  • məlumatların onlarda olan informasiya tipinə görə bölgüləndirilməsi;
  • məlumatlarım mühafizəsi;
  • məlumatın avtomatik şəkildə verilmiş ehtiyat saxlanc səviyyəsinə köçürülməsi;
  • məlumatların qabaqcıl intellektual işlənməsi.

• məlumatların arxivləşdirilməsi sahəsində qabaqcıl təcrübə; • məlumatların onlarda olan informasiya tipinə görə bölgüləndirilməsi; • məlumatlarım mühafizəsi; • məlumatın avtomatik şəkildə verilmiş ehtiyat saxlanc səviyyəsinə köçürülməsi; • məlumatların qabaqcıl intellektual işlənməsi. Bizim sistemdə rezerv surətçıxarma sahəsinin liderlərinin komponentləri və qabaqcıl texnologiyaları tətbiq edilir. Bunlar arxivləşdirmənin, saxlanmanın və məlumatların bərpasının imtinayadavamlı sistemlərinin yaradılması üçün özlərini etibarlı komponentlər kimi göstərmişlər.

“Caspel” şirkəti tərəfindən hazırlanmış sistemin aşağıdakı üstünlükləri vardır:

  • inzibati idarəetmənin çevik sazlamaları rezerv surətlərin yaradılmasının dövrülüyünü sazlamağa imkan verir;
  • bekapın yaradılması və sistemin surətdən bərpası üçün qısa müddətin tələb olunması;
  • məlumatın mühafizəsi sisteminin dərin inteqrasiyası. Siz ehtiyat saxlancda olan məlumatların yalnız ayrı-ayrı ünsürlərinə əlçatarlıq verə bilərsiniz;
  • inkrement rezervləşdirmə və məlumatların deduplikasiyasından istifadə. Bu əməliyyatlar bekapların saxlanması üçün tələb olunan vinçesterlərin tutum həcmini əhəmiyyətli dərəcədə azaltmağa və xərcləri aşağı salmağa imkan verir;
  • ehtiyat bazalarının yaradılmasının tam avtomatlaşdırılmış prosesləri vaxta və resurslara qənaət edir və onları biznesin inkişafına yönəltməyə imkan verir;
  • məlumatların itirilməsi riskinin aradan qalxması əməkdaşlarınızın əmək məhsuldarlığının artmasına gətirib çıxarır və IT-şöbəyə düşən yükü azaldır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı