Ştrix-kodların oxunması texnologiyasının tətbiqi

Ödənişlərin şifrələnmiş məlumatları olan QR-kodlardan istifadə - rabitə operatorlarının və digər xidmət müəssisələrin ünvanına olan tədiyyə tapşırıqlarının bank təşkilatları tərəfindən qəbul edilməsinin və işlənməsinin avtomatlaşdırılması yönündə təsirli bir mexanizmdir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Artıq nəzarət və müxtəlif ödəmələri qəbul edən bir çox dövlət təşkilatları kağız qəbzlərin üzərinə ştrix-kodların yazılması proseslərini həyata keçrmişlər. Bunun üçün ştrix-kodu şifrələyən modullu mühasibat uçotunun aparılmasının müasir vasitələrindən istifadə olunur. Bank idarələri tərəfindən də aktiv şəkildə ödənişlərin rekvizitlərini kodlaşdıran tədiyyə tapşırıqlarını işləyən məxsusi sistemlərin tətbiqi başlanmışdır. Daha çox bu tendensiya bank seqmentinin o qədər də böyük olmayan və orta iştirakçılarını əhatə etmişdir. Belə maliyyə müəssisələrində bank sistemlərinin işinin avtomatlaşdırılması nəinki yalnız aparılan əməliyyatların uçotu üçün, həm də müştərilərin özünəxidmət səviyyəsinin lazımi səviyyəsinin təminatında əsas həll kimi istifadə edilir.

“Caspel” şirkəti tərəfindən təqdim edilən həllərin xüsusiyyətləri

“Caspel” tərəfindən həyata keçirilən hazırki IT-həldə sadə, lakin kifayət qədər təsirli mexanizmdəm istifədə olunmuşdur. Bu həll səhv kodlaşdırma üzrə ödənişlərin yerinə yetirməsini istisna etməyə imkan verir. Belə ki, bu zaman, skan edildikdən sonra QR-kodda şifrələnmiş məlumatlar həmin andaca avtomatik bank sisteminin monitorunda əks olunur ki, bu da müştərilərə xidmət göstərilməsi sürətini əhəmiyyətli dərəcədə artırır.

“Caspel”in hazırladığı kodlaşdırılmış məlumatların işlənməsi metodu müvafiq milli və beynəlxalq standartların tələblərinə uyğun şəkildə yaradılmışdır. Bu da təklif etdiyimiz sistemdən həm bütün MDB məkanında, həm də bu məkan xaricində istifədə etməyə imkan verir.

Ştrix-kodların tanınma texnologiyasının tətbiqinin əsas üstünlükləri aşağıdakılardır:

  • ödəmə əməliyyatlarının aparılması zaman rekvizitlərin əllə daxil edilməsi ilə müqayisədə vaxt və əmək sərfiyyatının əhəmiyyətli dərəcədə azalması;
  • məlumatların əllə daxil edilməsi ilə meydana çıxa bilən yanlışlıqlar nəticəsində səhv ödənişin aparılması ehtimalının azalması;
  • bank personalının üzərinə düşən yükün azalması, ödəmə rekvizitlərinin əllə daxil edilməsi kimi məşəqqətli bir işdən qurtarmaqlarının nəticəsində personalın əmək məhsuldarlığının artması;
  • bankın əməliyyat zalının buraxılış qabiliyyətinin yüksəlməsi, ödəniş əməliyyatlarına minimum vaxt sərf etdiklərinə görə müştərilərin loyallığının artması.

Potensial olaraq belə bir sistemin tətbiqi, məlumatların əllə daxil edilməsini tələb edən digər bank əməliyyatlarını da sadələşdirə bilər. Bu isə nəhayətdə bank personalının işini asanlaşdırar və ümumilikdə bütün bankın fəaliyyətinin məhsuldarlığını artırmış olar.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı