CallCenter

CallCenter - potensial və artıq mövcud olan müştərilərin informasiya dəstəyi və müşayiətinin çevik aləti hesab edilir. Müasir CallCenter sistemləri telefon zənglərindən başqa saytlardan, e-mail-lərdən və digər texniki vasitələrdən daxil olan məlumatları da qəbul etməyə imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

CallCenter kompleksinin dəqiq strukturu və qarşılıqlı əlaqə quruluşu vardır ki, bununla da zənglər və məlumatlar tez və müntəzəm qaydada işlənirlər. Belə bir sistem ilk növbədə daima böyük miqdarda informasiya qəbul edən aşağıdakı növdə iri şirkətlər üçün zəruridir:

  • Ticarət təşkilatları;
  • Bank və maliyyə idarələri;
  • Rabitə operatorları və provayderlər;
  • Sığorta və turizm şirkətləri.

Bundan da başqa, düzgün şəkildə təşkil edilmiş əlaqə mərkəzi sifarişçilərlə etibar doğuran münasibətlər qurmağa, təşkilatın müsbət imicinin formalaşdırılmasına xidmət edir. Burada olan həm informasiya mübadiləsi, həm müştərilərin arzu və rəylərinin toplanması, həm də bilavasitə "canlı" ünsiyyət, nüfuzun artmasına və insanların firmaya olan münasibətinin yaxşılaşmasına gətirib çıxaracaqdır.

"Caspel" şirkəti kompüter telefoniyası üçün mövcud olan klassik həllərin tam siyahısını təqdim edir. Müştərilərimiz kompüter telefoniyasını bizə həm hazır həll kimi, həm də hansısa konkret şərtlər nəzərə almaqla hazırlanmasını sifariş verə bilərlər. Əlavə olaraq, biz böyük gücə malik IVR-platformalar icarə veririk. Bu zaman, həmin platformaların sazlanmasını və onlara xidməti "Caspel" özü həyata keçirir.

Telefoniya ilə bağlı xidmət spektrinə aşağıdakılar daxildir:

  1. Call-mərkəzlərin təşkili üçün sistemlər;
  2. İntellektual şəbəkənin modulların yaradılması, sazlanması və tətbiqi üçün universal mühit;
  3. Əlaqə mərkəzi üçün avadanlıq və proqram təminatı kompleksi.

Xarici rabitənin və əməkdaşların qoşulması İATS-ın (idarə avtomatik telefon stansiyası) və ya VoIP-in (səsli məlumatların internet-protokol üzrə çatdırılması texnologiyası) vasitəsilə həyata keçirilə bilər. Qoşulma İATS vasitəsilə baş verdikdə operatorun avtomatlaşdırılmış iş yeri (AİY) ilə qarşılıqlı əlaqə lokal şəbəkəylə yerinə yetirilir. VoIP vasitəsi ilə qoşulanda isə LAN-kanalla səs də ötürülür. Bu zaman SIP və H.323 protokollarından istifadə edilir.

Sistemin xüsusiyyətləri

  • Operatorların yüklənməsini azaldır və insan müdaxiləsi tələb etmədən sorğuları avtomatik həll etməyə imkan verən xüsusi güclü IVR;
  • Bütün əməliyyatları və nəzarəti "bir pəncərə" formatında həyata keçirməyə imkan verən CRM və daxili sistemlərlə tam inteqrasiya;
  • Universallıq, yəni hər hansı İATS-la inteqrasiya imkanı və sifarişçinin avadanlığa çəkilən xərclərinin azalması. Sistemin çoxlu sayda geniş yayılmış interfeysli ayrıca rəqəmsal stansiya kimi istifadə olunmasının mümkünlüyü;
  • Səsin tanınma və dəyişdirilməsi funksiyaları (ASr və TTS). Bu funksiyalar istifadəçinin sistemlə ünsiyyətinin səs vasitəsilə, yəni telefon əlaqəsi üçün ən təbii olan yolla qurulmasına imkan verir;
  • Həllin qiymət cəlbediciliyi və krossplatformalığı ilə uzlaşan etibarlılığı və imtinayadavamlılığı.

Bütün bunlar "Caspel"in təkliflərini bazarda ən cəlbedici təkliflər sırasına qoyur.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı