CASPEL

IT & Telecom Solutions Integrator

“ClipTv” – yeni nəsil televiziyası

Müasir kütləvi media dünyası sürətlə inkişaf edərək avadanlıqlarda daha yeni-yeni texnologiyaların tətbiq edilməsini tələb edir. Dünyada gedən yeniliklərə qoşulan “Caspel” şirkəti yeni bir təkliflə - “ClipTv” adını almış təkmilləşdirilmiş televiziya sisteminin qoşulması təklifi ilə çıxış etmişdir. Bu televiziyanın köməyi ilə bütün həftə boyunca və sutkanın 24 saatı ərzində (24/7 rejimi) maneəsiz şəkildə bütün dünyadan son xəbərləri almaq mümkün olacaqdır.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Layihənin əsasında istifadəçilərə müxtəlif telekanallardan məlumat almağa, onlara özü üçün aktual verilişlərin fərdi paketini seçməyə və həmçinin əlavə translyasiya xətlərini əldə etməyə imkan verən IPTV texnologiyası durur.

Layihə aşağıdakı üstünlərə malikdir:

  • keyfiyyəti artırılmış teletranslyasiya;
  • balanslaşdırılmış səs- və videoveriliş;
  • kanalların mövzu baxımından müxtəlif istiqamətli olması (elmi, xəbər, idman, tədris və s. kanallar);
  • standart kanal paketlərinin yaradılması və qoşulması imkanları;
  • əlavə kanalların qoşulması;
  • 24/7 rejimində fasiləsiz fəaliyyət.

“Caspel” şirkəti IPTV sistemini Azərbaycanın bütün ərazisi boyunca işə salmışdır. Mütəxəssislərimizin yüksək ixtisas səviyyəsi bu yeni layihənin keyfiyyətlə fəaliyyət göstərəcəyinə əminlik verir.

Dünyanı fəth etmiş sistem

“ClipTv” layihəsi tamaşaçı üçün maksimal rahatlıqları nəzərdə tutur. Bu layihə çərçivəsində biz Sizin baxmaq istədiyiklərinizi rəqabətli qiymətlərlə və ən yüksək keyfiyyətdə təqdim edəcəyik. Çünki, ən yeni avadanlıq və savadlı texniki dəstək “Caspel” şirkətinin vizit kartıdır.

“Caspel” rəqəmsal televiziyanın fərdi və korporativ istifadə sistemlərinə tətbiqini həyata keçirir. Bu isə o deməkdir ki, müştərilərimiz yaxın gələcəkdə müasir biznes-bazarın aktual məsələlərini rahatlıqla izləmək imkanı əldə edəcəklər.

“ClipTv”-ni hazırda mövcud olan analoji proqramlardan fərqləndirən cəhətləri:

  • yüksək sürət – informasiyanın translyasında gecikmələr olmur, təsvirin və səsin şəbəkənin bütün avadanlıqlarına ötürülməsi ani şəkildə baş verir;
  • maraqlı kontent – mütəlif mövzulu onlarla kanal, onlayn rejimində idman və ya əyləncəli oyunlar;
  • loyal tarifləşmə - baha başa gəlməyən qoşulma və xidmət, kanallara əlçatar qiymətlər.

“ClipTv” layihəsi, tətbiq edildikdən sonra televiziya proqramlarının, kinofilmlərin, xəbər verilişlərinin trafikə görə əlavə ödəmələrsiz və informasiya “tullantısız” yüksəkkeyfiyyətli translyasiyasından həzz almağa imkan verən səmərəli həldir.

yuxarı