İqlim və mühafizə sistemlərinin professional quraşdırılması

İqlim və mühafizə sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə "Caspel" şirkəti tərəfindən hazırlanmış həllər əməkdaşlarınıza komfortlu əmək və müəssisənizə isə təhlükəsiz iş şəraiti təmin etməyə imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

"Caspel"in bu sahədə təklif etdiyi məhsullar hələ layihələndirmə mərhələsində sistemin fəaliyyət göstərməsinin bütün nüansları tam şəkildə nəzərə almaqla öz kompleksliyi ilə fərqlənirlər. İqlim və mühafizə sistemlərinin IT-infrastruktura tətbiqi aşağıdakı üstünlüklərə malikdir:

  • daha da yaxşılaşdırılmış texniki-istismar göstəriciləri;
  • sistemin iş zamanı yüksək etibarlılığı və imtinayadavamlılığı;
  • istismar və servis xərclərinin azaldılması;
  • sistemin iş parametrlərinin sazlamalarının çevikliyi.

Müştərilərimizin ehtiyaclarından asılı olaraq "Caspel" şirkəti kommunikasiya, iqlimə nəzarət, videomüşahidə və əlşatarlığa nəzarət və idarəetmə sistemini (ƏNİS) sıfırdan da hazırlamaq və yaxud da artıq mövcud olan avadanlıqları optimallaşdırmaq imkanlarına malikdir.

Effektiv iqlim sistemləri

Ofisinizin və ya istehsalınızın maksimal məhsuldarlığını əldə etmək istəyirsinizsə, onda biz Sizə smart-həllər klasına aid olan həllərdən istifadə etməyi məsləhət görərdik. Komfortlu mikroiqlim yaratmaq və onu saxlamaq üçün aşağıdakılardan istifadə edirik:

  • binanın girişlərində qış vaxtı küçədən gələn soyuq havanın qarşısını kəsən istilik pərdələrinin quraşdırılması;
  • havanın kondisionerləşdirilməsinin qabaqcıl sistemlərinin tətbiqi;
  • istehsal və ofis otaqlarında havanın sirkulyasiyasını təmin edən sorucuların quraşdırılması;
  • verilmiş temperatura nəzarət və saxlanmasının mərkəzləşdirilmiş modullarının istifadə edilməsi.

Ofis və istehsal üçün təhlükəsialiyin premium-səviyyəsi

"Caspel" şirkəti tərəfindən təklif edilən mühafizə sistemləri - obyektinizin perimetri boyu bütün boşluqları aradan qaldıran ultimativ həldir. Bu sistemlər əməkdaşların əlçatarlığının zonal bölgüsünü aparmağa, videomüşahidəni, həyəcan və yanğın siqnalizasiya sistemlərini tətbiq etməyə imkan verir.

Biznesin növündən və miqyasından asılı olaraq maksimum üstünlüklər verən effektiv həll işlənib hazırlanır. İqlim və mühafizə sistemlərinin yaradılması işində yalnız real həyatda özünü gözəl şəkildə göstərmiş yoxlanılmış istehsalçıların avadanlıqlarından istifadə olunur.

"Caspel"in tətbiq etdiyi bütün həllər çevik sazlanmaları və artıq mövcud olan sistemlərə təhlükəsizliyin vahid perimetrinin təşkil edilməsi və ya iqlimin idarə edilməsi üçün rahat inteqrasiyası ilə fərqlənir. Həyəcan siqnalizasiyasının məsafədən olan dispetçer pultuna çıxarılmasının mümkünlüyü isə siqnalizasiya işə düşən anda şəxsi mühafizə şirkətlərinin və ya dövlət mühafizə idarələrinin dəstələrinin obyektə çağırılmasına imkan verir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı