Vaxta və vəsaitə qənaət etmək üçün “bulud” həllər

Korporativ informasiyanın saxlanıb-qorunması üçün siz ən bahalı avadanlıq ala və İT-infrastruktura xidmət etmək üçün ən yüksək səviyyəli mütəxəssisləri işə götürə bilərsiniz. Amma bütün bu addımlar sizə zəmanət verməyəcəkdir ki, avadanlığın sıradan çıxması, habelə təbii fəlakətlər ucbatından sizə məxsus mühüm məlumatlar aradan getməyəcəkdir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Belə zəmanəti ancaq “bulud” texnologiyaları verə bilir. Onların etibarlılığı lokal resurslarınkından daha yüksəkdir.

Bəs bu texnologiyaların üstünlüyü nədədir?

  • Texnolojili olmaları. Məlumatın saxlanılması, təhlili və işlənməsi üçün daha böyük resursların mövcudluğu.
  • Mobillik. Bir ofisə, yaxud bir iş yerinə bağlı olmamaları.
  • İcarəli olmaları. Siz yalnız seçdiyiniz xidmətlər paketinə görə və konkret zaman kəsiminə görə ödəniş edirsiniz.
  • Qənaət. Siz korporativ informasiyanın saxlanması üçün lokat İT-texnologiyalar yaratmaq və bunlara xidmət etmək üçün işçi personal yiğmaq zərurətindən yaxa qurtarırsınız.
  • Əlçatarlıq. İşçi məlumatlara və verilənlərə qoşulmaq üçün yalnız ofis kompüterindən istifadə etmək məhdudiyyəti olmur. İnternetə qoşulmaq imkanı olan hər bir məkandan siz bunu edə bilərsiniz.
  • Rahatlıq. Lazım olan resursları siz avtomatik olaraq əldə edirsiniz.

Ekspertlərin rəyinə görə, 4 ildən sonra “bulud” texnologiyaları sferasında dünya bazarının tutumu artıq 240 milyard dollar məbləğinə çatacaqdır. Hazırkı an üçün mütəxəssis rəyi budur ki, “bulud” texnologiyaların istifadəsindən əldə edilən üstünlüklər, onların çatışmazlıqlarını qat-qat üstələyir.

Burada 3 növ həlləri ayırırlar: IaaS, PaaS, SaaS.

  • Xidmət olaraq infrastrukturun təqdimi – sorğuya əsasən hesablama resursları təqdim edilir, sifarişçi operasion sistemlərə nəzarət edir.
  • Xidmət olaraq platformanın təqdimi – bu, proqram təminatının işə salınması üçün təqdim edilir, sifarişçi quraşdırılmış əlavə və kökləmələrə nəzarət edir.
  • Xidmət olaraq proqram təminatının təqdimi – sifarişçiyə platformada quraşdırılmış əlavələr təqdim edilir, bütün servis ham paketlə - “açar altında” təqdim edilir.

Şirkətin İT-kompetentliyi nə qədər azdırsa, onun öz cari fəaliyyətində daha yuxarı səviyyəli təminat modelindən istifadə etməsi daha məqsədəuyğundur.

Biz öz müştərilərimizə təqdim etdiyimiz texnologiyaların komfortlu istifadəsi və onlara xidmət edilməsi üçün, habelə, təhlükəsizliyin təmini və məlumat bazasının qorunması üçün şəbəkə həlləri də təqdim edirik.

Biznes üçün belə həllərin qiyməti, lokal saxlancların yaradılması məsrəflərinə nisbətən daha sərfəlidir. Axı tamhəcmli Məlumatların İşlənməsi Mərkəzinin (MİM) yaradılması kimi məsrəfli layihələrin öhdəsindən yalnız tək-tük şirkətlər gələ bilir. Bu baxımdan, “bulud” həlləri məsrəflərin optimallaşdırılmasına imkan verir.

Bizim mütəxəssislər şirkətinizin İT-infrastrukturunu, biznes proseslərini təhlil etdikdən sonra, şirkətiniz üçün optimal həll yollarını təqdim edəcəklər. Bunun əsasında siz öz məsrəflərinizi azalda və gəlirinizi artıra biləcəksiniz.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı