Biznes üçün “bulud” həlləri həyata keçiririk: effektiv, təhlükəsiz, məhsuldar

“Bulud” həlləri orta və iri biznesin effektiv işi və inkişafı mümkün olmayan bir alət kimi təqdim olunurlar.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti tərəfindən təklif edilən həllərə aşağıdakıları təmin edə bilən əsas komponentlər daxildir:

  • müəssisə daxilində personalın effektiv qarşılıqlı əlaqəsini;
  • daxil olan məlumatların işlənməsini;
  • məlumatlara əlçatarlığın fasiləsizliyini və biznes-əlavələrin işini;
  • müəssisənizin personalı üçün iş yerlərinin rasional şəkildə yaradılmasını.

“Bulud” həllərinin biznesinizə tətbiqi IT-infrastruktura çəkilən xərcləri əsaslı şəkildə azaltmağa imkan verəcəkdir. Bu azalma özünü qısamüddətli, orta yerinə yetirilmə müddətlərinə hesablanmış planlarda daha çox büruzə verir.

Biznesin işini optimallaşdırmaq üçün yüksək texnoloji həllər

Biznesiniz qarşısında olan konkret problemlərin həlli üçün “Caspel” şirkəti tərəfindən işlənib hazırlanaraq və “bulud” həlləri sahəsinə inteqrə edilən məhsullar:

  1. Call-mərkəzlər. Call-mərkəzlərin tətbiqi, orta və iri biznesin mövcud və potensial müştərilərinə göstərilən xidmətin keyfiyyətinin və sürətinin artırılmasına yönəli bir tədbirdir. “Caspel”in təklif etdiyi texnologiya nəinki yalnız daxil olan zənglərlə işləməyə, eyni zamanda saytlardan və elektron poçtdan sifariş formaları ilə göndərilən məlumat axınlarını qəbul etməyə imkan verir;
  2. Fəlakətədavamlı rezerv mərkəzləri. “Caspel” Sizin biznesin məlumatlarının saxlanması və işlənməsi üçün fəlakətədavamlı rezerv mərkəzlərinin yaradılmasını həyata keçirir. Bu zaman müştərilərimizin biznesinin informasiya strukturlarını təbii və texnogen fəlakətlərdən qorumaq üçün məlumatların saxlanması sahələrinin klasterizasiyasından, virtuallaşmadan və ərazi cəhətcə bölünməsi texnologiyalarından istifadə edilir;
  3. IP-telefoniya. “Caspel” şirkəti IP-telefonoyanın daxili korporativ şəbəkələrinin quraşdırılmasını yerinə yetirir. Şirkətinizin bütün filiallarını birləşdirən keyfiyyətli və o qədər də baha olmayan rabitə - bölmələrin və bütün səviyyələrdə olan ayrı-ayrı əməkdaşların effektiv qarşılıqlı əlaqəsinin əsasıdır;
  4. Virtuallaşma. “Caspel” İş Yerlərinin Virtuallaşması (İYV) prinsiplərindən istifadə edərək universal korporativ kompüterlər strukturu yaradır. Şəxsi iş yerinin əvəzinə İYV hər bir əməkdaşa öz iş məlumatlarına şəbəkənin istənilən terminalından qoşulmağa imkan verir.

“Bulud” həllərin tətbiqi öz IT-infrastrukturunun genişləndirilməsi xərclərində qənaət etməyə imkan verir ki, bu da coğrafi cəhətcə uzaq bölmələri olan şirkətlər üçün xüsusi əhəmiyət kasb edir.

+9 (9412) 567-9090 telefon nömrəsinə zəng etməklə biznesiniz üçün fərdi “bulud” həllərin hazırlanmasını sifariş verin!

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı