Bankomatların qoşulması və məlumatların rahat sinxronlaşdırılması

Hər bir maliyyə təşkilatının qarşısında duran vəzifələrdən biri də öz müştərilərinə bank sistemindən rahat istifadəni təmin etməkdir. Burada söhbət yalnız ofislər və xidmət personalından yox, həm də bankomatlar sistemindən gedir. Bəzən işlək vəziyyətdə olmayan bir bankomat bank təşkilatının imicinə böyük ziyan vura və onu yeni müştərilərdən məhrum edə bilir. İri banklarda belə problemin operativ həlli bir çox hallarda mümkün olmur. Çünki, ümumi sistemin digər çatışmayan cəhətləri də vardır. Belə ki, iri bankların strukturunun mürəkkəb formada təşkili, məsuliyyət dərəcəsinin şöbələr arasında həddən çox bölünməsi ona gətirib çıxarır ki, məsələn, bankomatların vəziyyətinin izlənməsi ilə bir şöbə, bankomatlarla rabitəni isə tamamilə başqa bir şöbə həyata keçirir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Bu zaman, rabitənin olmamasının səbəblərinin müəyyən edilməsinə, məsul işçilərin yerlərində tapılmasına kifayət qədər uzun zaman getmiş olur. Nəhayətdə isə pozuntunun operativ şəkildə aradan qaldırılması praktiki olaraq mümkün olmur. Təbii ki, müştərilər üçün də belə narahatlıqlar ziyanlara gətirib çıxara bilər.

"Caspel" şirkəti bankomatın məlumatlarının ofislə sinxronlaşdırılması üzrə proqram menecerinin quraşdırılması ilə bankomatların bank strukturuna qoşulmasına imkan verən həll təklif edir. Bu həll vasitəsilə bankomatın iş qabiliyyətliliyinin təmini çox sadə bir məsələyə çevriləcəkdir ki, bu işlə də mütəxəssisləriniz rahat məşğul ola biləcəklər.

"Caspel" artıq uzun illərdir ki, banklarla işləyir və monitorinq sahəsində innovasiyalı layihələrlə məşğul olur. Biz bankomatlar şəbəkəsinin fasiləsiz işinin necə təmin edilməsini çox yaxşı bilirik. "Caspel"in təqdim etdiyi həll nəticəsində müştərilərimiz hər bir bankomatın vəziyyətini özlərinə rahat olan bir rejimdə izləyəcək, real zaman kəsimində avadanlıqlar və proqram təminatında baş verən dəyişiklikləri müşahidə edə biləcəkdir. Hər hansı qəza baş verdiyi anda isə mütəxəssis bankomatın yerləşdiyi sahəyə xidmət edən rabitə operatorunun göndərdiyi məlumatı görə və filialdakı bank işçisi ilə əlaqə saxlaya bilir.

Belə həllərin tətbiqi aşağıdakılara imkan verir:

  • bank üçün rabitə xidmətlərinin daha əlçatar edilməsi, bu xidmətlərin keyfiyyətinin artırılması;
  • bankomatların işini təmin edən məlumatların ötürülməsi şəbəkəsində baş verən pozuntuların aşkar edilməsinə lazım olan vaxtın azaldılması;
  • monitorinqin effektiv edilməsi və pozuntuların aradan qaldırılmasına sərf olunan vaxtın qısaldılması;
  • avadanlığa və onun işinə nəzarət edən effekiv inzibati alət əldə edilməsi.

"Caspel" ölkənin ən iri bankları ilə əməkdaşlıq edir. Şirkət bank aparatlarının servis xidməti ilə məşğuldur. "Caspel"in mütəxəssisləri Sizin təşkilatın işini, onun IT-infrastrukturunun imkanlarını təhlil edəcək, bankomatları bank strukturuna qoşmaq üçün lazım olan optimal həll seçəcəklər.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı