Konsaltinq: biznes üçün yeni imkanların açılması

Konsaltinq və informasiya sistemlərinin layihələşdirilməsi istiqamətində “Caspel” şirkətinin mütəxəssisləri tərəfindən təqdim edilən xidmətlər – informasiya texnologiyalarından istifadə etməklə biznesin aparılması üzrə müştərilər üçün faydalı olan məsləhətlərdir. Əlavə olaraq müştərilərə informasiya texnologiyalarının tətbiqində və sifarişçinin təşkilatının işinin effektivliyinin yüksəldilməsində praktiki kömək də göstərilir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” üçün prioritet məsələ servisin ən önəmli üstünlüklərini və xidmətin münasib qiymətini özündə birləşdirən optimal həllin axtarılıb tapılmasıdır.

Bizə müraciət edərkən, Siz zəmanətli şəkildə bunlara sahib olursunuz:

  • konkret Sizin vəziyyətinizdə ən rasional cavaba;
  • verilmiş darixtisaslı istiqamətdə faktiki bilgilərə söykənən həllin təqdiminə;
  • praktiki təcrübəylə əsaslandırılmış nəticəyə.

“Caspel”in informasiya texnologiyaları sahəsində çoxillik təcrübəsi, proqram sistemlərinin layihələşdirilməsində, hazırlanmasında və tətbiqində böyük bir məlumat bazası yaratmağa imkan vermişdir. Konsaltinqin və biznesin aparılması metodlarının əsasları sahəsində əldə edilmiş bilgilərə əsaslanaraq biz konkret müəssisə üçün IT-strategiyanı seçirik. Əlbəttə ki, bu strategiya mütləq şəkildə modifikasiyadan keçir, cari vəziyyətin xüsusiyyətlərinə sazlanır və testdən keçirilir. Ona görə də müştərilərimiz metodikalarımızın iş qabiliyyətinə tam arxayın ola bilərlər.

IT-konsaltinqin üstünlükləri

“Caspel” yalnız sifarişçilərin maraqlarına uyğun şəkildə çalışır. Göstərilən servis əməliyyatların keçirilməsinin daim nəzarətdə saxlanmasını və ilkin layihəyə zəruri dəyişikliklərin daxil edilməsini nəzərdə tutur.

Konsaltinqin aşağıdakı imkanları vardır:

  • predmet və qabaqcıl texnologiyaların və sistemlərin tətbiqi metodları sahəsində bilgilərin simbiozu;
  • birgə keçirilən modernləşdirmələr nəticəsində kollektivin bilik səviyyəsinin yüksəlməsi;
  • nəticənin əldə edilməsi yolunda xərc hissəsinin, vaxt sərfiyyatının və mümkün risklərin yüksəkdəqiqlikli planlaşdırılması;
  • tədrici kapital qoyuluşu imkanları ilə müəssisənin iş qabiliyyətinin mərhələli yaxşılaşdırılması;
  • mərhələli korrektələr və yarana biləcək risklərin nəzərə alınması ilə tətbiq olunmuş prosesə tam nəzarət.

“Caspel” işə özünün yanaşma tərzi, müştərilərinin arzu və təkliflərini nəzərə almaqla sifarişçilərinin bütün sorğularının tam şəkildə həyata keçiriləcəyinə zəmanət verir. Şirkətimizin mütəxəssisləri informasiya sistemlərinin fasiləsiz funksionallığını və infrastrukturun hər bir komponentinin təhlükəsizliyini təmin edəcəklər.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı