Korporativ şəbəkə

Müəssisənin işi və onun bölmələrinin qarşılıqlı funksionallığı, məsafə baxımından bir-birindən uzaqda yerləşən mərkəzlər və holdinqlər arasında tamhəcmli informasiya mübadiləsini təmin edən korporativ telekommunikasiya həllərinin tətbiqini nəzərdə tutur.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Korporativ şəbəkənin yaradılması şirkət daxilində məlumatların ötürülməsinin sürətlənməsinə gətirib çıxarır. Bu zaman, həmin işə məsul olan personalın informasiyaya tam əlçatarlığına zəmanət verilir və proqram təminatının işinin etibarlılığı təmin olunur. Korporativ şəbəkə həlli həmçinin, istifadəçilərə geniş imkanlar verməklə, minimal xərclər hesabına şəbəkənin modernləşdirilməsinə imkan yaradır.

“Caspel” şirkəti IP protokolunun bazası əsasında məlumat mübadiləsinin korporativ şəbəkələrinin tətbiqi üçün optimal həll təklif edir. Respublikanın bütün ərazisi boyunca şəbəkəyə malik olan “Caspel”, filiallar malik olan müəssisələr üçün şəbəkə həlləri təchizatçısı rolunda çıxış edir.

Metodun üstünlükləri aşağıdakılardır:

  • cari proseslərə tam nəzarət və kənar müdaxilə riskinin olmaması funksionallıqlı yüksək məhsuldarlığa malik multiservis IT-infrastrukturun yaradılması;
  • zərurət çərçivəsində korporativ istifadə üçün VoIP, VPN, video-konferens rabitəsi və sairə bu kimi servislərin çox böyük spektrinin dəstəklənməsi;
  • mövcud IT-infrastruktur bazasında stabil işləyən ən yeni şəbəkə həllərinin seçimi və tətbiqi.

Korporativ şəbəkənin monitorinq sistemi tam funksional idarəetmə və biznes əməliyyatlarının avtomatlaşdırılmasının təmin edilməsinə yönəlmişdir. Belə bir həllin tətbiqi hər hansı miqyasa malik şəbəkələr üçün mümkündür.

Korporativ şəbəkənin tətbiqi prinsipləri

“Caspel” şirkəti yüksək mühafizə və daxili monitorinq səviyyəsi ilə fərqlənən şəbəkə həlləri təqdim edir. Belə həll, müəssisənin işini optimallaşdırmağa, xarici (kənar) əlçatarlıqların qadağan edilməsi yolu ilə informasiya təhlükəsizliyi şəraiti yaratmağa imkan verir.

Korporativ şəbəkənin yönüm istiqamətləri aşağıdakılardır:

  • ayrı-ayrl izolə edilmiş bölmələr, filiallar arasında rabitə kanalının yaradılması;
  • məlumatların anındaca ötürülməsi;
  • lokal mərkəzlər arasında daxili məlumatların bölüşdürülməsi;
  • daxili poçtdan istifadə edilməsi.

“Caspel”in təqdim etdiyi servisin mütləq mərhələlərindən biri də korporativ şəbəkənin təhlükəsizlik sisteminin sazlanmasıdır. Bu prosedurun keçirilməsi, təhlükə gözlənilən sahələrin təhlilini və risk ehtimallarının dəyişilməsi dinamikasının qiymətləndirilməsi işini nəzərdə tutur. Eyni zamanda, dəyə biləcək potensial zərərin səviyyəsi də hesablanır.

Sonda əldə edilmiş göstəricilər əsasında müəyyən intensivlikli mühafizə mexanizmləri işlənib hazırlanır ki, bu da şəbəkənin hücumlara qarşı dayanıqlığının artırılmasına səbəb olur. Korporativ şəbəkənin işə salınması isə yalnız onun iş qabiliyyətinin və virus təsirlərinə qarşı bir sıra profilaktik tədbirlərin testdən keçirilməsindən sonra həyata keçirilir. Müəyyən edilmiş zərərverici kod bazasında şəbəkənin mühafizəsi üçün optimal həll seçilir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı