Fəlakətədavamlı rezerv məlumatların saxlanması mərkəzinin xidmətləri

Məlumatların işlənməsi mərkəzlərinin (MİM) ən mühüm xüsusiyyətlərindən biri – lazımi fəlakətədavamlılıq səviyyəsinin təmin edilməsidir. Fəlakətədavamlılıq dedikdə, informasiya sisteminin fövqəladə hal baş verdikdən sonra qısa müddət ərzində iş qabiliyyətinin və saxlanan məlumatlara əlçatarlığının bərpa edə bilməsi imkanı nəzərdə tutulur.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

MİM-lərinin belə xüsusiyyətləri aşağıdakı əsas metodlarla əldə edilir:

  • rezerv məlumatların saxlanması mərkəzlərinin yaradılması;
  • MİM-lərin komponentlərinin düzgün bölüşdürülməsi;
  • informasiya sisteminin qovşaqlqrını bir-birindən uzaq məsafədə yaradılması;
  • elektrik enerjisinin verilməsi ilə bağlı pozuntular səbəbindən sistemin ümumi dayanmasının qarşısını alan tədbirlərdən biri kimi sistemin elementlərinin müxtəlif enerji mənbələrinə qoşulması.

Hər hansı bir texniki cəhətcə mürəkkəb sistemi baş verə biləcək problemlərdən tam şəkildə qorumaq qeyri-mümkün olduğundan, burada biznesinizin normal fəaliyyət göstərməsinin təmin edilməsinin yeganə çıxış yolu – MİM-də qəzaların kritikliyinin azaldılmasıdır.

Məumatlarla iş zamanı fəlakətədavamlı mərkəzin təşkili, həmişə məlumatların ötürülməsinin rezerv kanallarının yaradılmasını, uzaq məsafədə olan saxlanclarla daimi məlumat replikasiyasını, planlı surətçıxarmanın mexanizminin hazırlanmasını və MİM-in bütün sahələrində informasiyanın aktuallığını təmin edən sistemlərin işinin effektiv bərpasını tələb edir. Nəzərə almaq lazımdır ki, rabitə kanallarının buraxılış qabiliyyətindən də başqa, kritik amillərdən biri də məlumatların ötürülməsi zamanı meydana çıxan gecikmə ola bilər.

Rezerv mərkəzlərdən istifadə - bütün server qovşağına siraət etmiş təbii və ya texnogen qəzalar nəticəsində zədələnmiş saxlanılan məlumatları tez bir şəkildə bərpa etməyə imkan verən təsirli tədbirdir. İnformasiya servislərinin işinin bərpasının sürəti rezerv mərkəzin teniki quruluşunda tətbiq olunan arxitektura ilə təmin olunur. Bu da mahiyyət etibarilə özü də əsas sistemin işinin bərpası üçün kritik servisləri təkrarlayan bir MİM-dir.

Rezerv mərkəz servislərin kamil işi üçün həyati vacib olan tam həcmli informasiyanın saxlancı rolunda çıxış edir. Fəlakətədavamlılığın təmin edilməsinin ən mühüm tədbiri – baş MİM-də hər hansı pozuntu halında əsas serverlərin ehtiyat mərkəzə operativ şəkildə keçirilməsinin təmin edilməsidir. Bu keçirilmə avtomatik və ya əl rejimində həyata keçirilir. Avtomatik keçirilmə, sistemin iş qabiliyyətinin bərpasının bir-neçə dəqiqədən çox olmaması və ya əlavə ixtisaslı personalın saxlanmasının məqsədəuyğun olmaması halında tətbiq olunur.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı