Güzəştli qiymətlərlə zəruri proqram təminatının alınmasıv

Biznesin tələbləri üçün lisenziyalı proqram təminatının əldə edilməsinə çəkilən xərclər bir çox hallarda əməkdaşa alınan yeni kompüterin qiymətinə başa gəlir və təbii ki, müəssisənin inkişaf dinamikasına mənfi təsir edən əhəmiyyətli xərc amilinə çevrilir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Müəssisənizin IT işlərinə çəkilən xərclərin optimallaşdırılması üzrə bizim təklif etdiyimiz xidmətlər paketinə biznesiniz üçün maksimal sərfəli şərtlərin yaradılması da daxildir. Müəssisənizin fəaliyyət sferasından asılı olaraq effektiv işi üçün tələb olunan proqram təminatının və avadanlığın alınmasına çəkilən xərcləri azaltmağa imkan verən 2 əsas metod mövcuddur:

  • proqram təminatının iri layihəçiləri və istehsalçıları tərəfindən keçirilən güzəştli lisenziyalaşdırma kompaniyalarında softun (proqramların) alınması metodu;
  • ödənişli proqramlardan GPL azad lisenziyası ilə yayımlanan softver həllərə keçid metodu.

Güzəştli lisenziyalaşdırmanın xüsusiyyətləri

Proqram sahəsində “Microsoft”, “Adobe”, “Autodesk” və bir sıra digərləri kimi dünya liderləri olan şirkətlərin regional nümayəndəlikləri olan sıx əməkdaşlıq, bizə güzəştli lisenziyalaşdırma üzrə bu şirkətlər tərəfindən keçirilən aksiyalar barədə həmişə məlumatlı olmaq imkanı yaradır.

Bu isə bizə müştərilərimiz üçün xüsusi lisenziyalı proqram təminatı paketləri yaratmağa imkan verir. Nəticədə belə proqram təminatı paketləri IT xərcləri rasionallaşdırmağa şərait yaradır. Beləliklə, müştərilərimiz həm ayrı-ayrı məhsulları, həm də yeni biznesə başlamaq üçün hazır kompleksləri əldə edə bilərlər.

Siz özünüz üçün rahat olan yollarla şirkətimizin nümayəndəsi ilə əlaqə saxlayaraq lisenziyalı proqram təminatının və mövcud məhsul siyahısının əldə edilməsi imkanlarını nəzərdən keçirə bilərsiniz.

Niyə GPL lisenziyası ilə yayımlanan proqram təminatına keçidi bizə etibar edirlər?

Biz daima GPL-in universal ictimai lisenziyası çərçivəsində buraxılan məhsul bazarını nəzarətdə saxlayır, proqram təminatı məhsullarını, onların ödənişli analoqlarının əvəzlənməsi imkanlarını yoxlayır və təhlil edirik. Bu sahədə topladığımız geniş bilgilər Sizin üçün aşağıdakı məsələlər üçün alternativ həllər tapmağa imkan verir:

  • kompüter və serverlərə əməliyyat sistemlərinin quraşdırılması;
  • mətn sənədləri və cədvəlləri ilə iş;
  • biznesinizin xüsusi şöbələri üçün proqram təminatı;
  • iş proseslərinin idarəetmə, rabitə, uçot və nəzarət vasitələri.

Qeyd edilməlidir ki, proqram həllərinin seçimi fərdi qaydada həyata keçirilir, o, əməkdaşlarınızın qarşısına çıxan gündəlik məsələlərin maksimal effektiv həllinə və biznes fəaliyyətinin stabilliyinə yönəlmişdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı