Biznes üçün mühəndis və IT sistemlərin professional tətbiqi

Təhlükəsizlik, lokal, kabel və telefon şəbəkələri, kommunikasiya və məlimatın saxlanması və işlənməsi aparat həlləri sistemlərinin ixtisaslı quraşdırılması xidmətlərindən istifadə edin!

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti mövcud infrastrukturu, otaqların quruluş xüsusiyyətlərini və müəssisənin ixtisas yönümünü nəzərə almaqla biznes üçün fərdi məhsullar təklif edir. Şirkətimiz aşağıdakı sistemlərin kompleks şəkildə qurulmasını və ya ayrı-ayrı modulların qoşulmasını yerinə yetiri:

  1. Mərkəzləşdirilmiş idarəetmə altında şəbəkədə birləşdirilmiş iqlim və ventilyasiya qurğuları. Belə qurğular personalın işi üçün komfort şərait, server otaqlarında isə havanın sorulmasını və lazımi dərəcədə soyudulmasını təmin edirlər;
  2. Obyektin təhlükəsizliyini təmin edən videomüşahidə, əlçatarlığa nəzarət və idarəetmə sistemi (ƏNİS) və inteqrə edilmiş mühafizə sistemləri şəbəkəsinin təşkili;
  3. Müxtəlif mürəkkəblik dərəcəli strukturlaşmış kabel və telefon şəbəkələrinin qurulması;
  4. Prosessinq mərkəzləri və mövcud olan informasiya sistemləri üçün rezerv sistemləri.

Biznesinizin məhsuldar işi üçün şərait yaradırıq

“Caspel” şirkəti Azərbaycanda orta və iri biznes üçün mühəndis və IT sistemləri layihələşdirilməsi və tətbiqi işi üzrə böyük təcrübəyə malikdir. Biz həmçinin, maliyyə və xidmət göstərilməsi sahələrində, dövlət və xüsusi mülkiyyətdə olan istehsal müəssisələri sahəsində fəaliyyət göstərən bizneslə əməkdaşlıq edirik.

“Caspel”in müxtəlif sahələrdə olan əməkdaşlarının yüxsək ixtisas dərəcələri və özünün maddi-texniki bazası hər bir səviyyədə olan sistemləri layihələşdirməyə və həyata keçirməyə imkan verir. “Caspel”ə müraciət edərkən aşağıdakıların sahibi ola bilərsiniz:

  • Komponentlərdən optimal istifədə edən və üzərinə düşən tapşırıqları effektiv şəkildə yerinə yetirən fərdi işlənib-hazırlanmış hall;
  • Müqavilədə göstərilən müddətlərdə avadanlığın professional quraşdırılması;
  • Mütəxəssislərimiz tərəfindən sistemlərin işə salınıb sazlanması;
  • Nasazlıqların meydana gəldiyi təqdirdə onların tez bir zaman ərzində aradan qaldırılmasını təmin edən sutkaboyunca məlumat dəstəyi və servis.

Təsirli sistemlərin yaradılması üçün təhlükəsizlik və rabitə avtomatlaşdırılmış modulları quraşdıraraq, artıq iş prosesində olan məhsullara bu həlləri inteqrə edirik. Biznes üçün “Caspel” şirkətinin təklif etdiyi həllər öz etibarlılığı, imtinayadavamlılığı və çevikliyi ilə fərqlənirlər ki, bu da onları Sizin biznes üçün optimal seçim edir.

+9 (94 12) 567—9090 telefon nömrəsinə zəng etməklə və ya на этой странице yerləşdirilmiş formanı doldurmaqla, müəssisəniz üçün mühəndis və IT sistemlərin hazırlanmasını və quraşdırılmasını sifariş edin!

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı