ERP

ERP (Enterprise Resource Planning) - müəssisənin məlumat, maliyyə, kadr və s. bazasının idarəedilməsi və saxlanması üçün vahid sistemdir. Burada əməkdaşların əlçatarlıq və hüquqlarını sazlamaq, dəyişiklikləri və digər prosesləri izləmək mümkündür.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

ERP sisteminin tətbiqi ilə aşağıdakı üstünlükləri əldə etmək olar:

  • müəssisənin fəaliyyət effektivliyini dəfələrlə sürətləndirmək və yüksəltmək;
  • filialların və şöbələrin məhsuldarlığını izləmək;
  • satış dinamikasının statistikasını aparmaq və onu təhlil etmək;
  • idarələr üzrə sifarişlərin aparılması və rəsmiləşdirilməsi zamanı səhv və qeyri-dəqiqliklərdən uzaq olmaq;
  • real vaxtda müəssisənin gəlirlərini və xərclərini nəzarətdə saxlamaq.

ERP sisteminin köməyi ilə müəssisənin rəhbərliyi çox rahat şəkildə fəaliyyət planlarını və qrafiklərini formalaşdlra bilər. Sistemdə həmçinin müəssisənin sənəd dövriyyəsi, müqavilələrin bağlanması və yerinə yetirilməsi, onun aktivləri də izlənir. Burada müəssisədə aparılan maliyyə hesabatları da məsul işçilərin daimi nəzarətində olur. Hər hansı bir əməkdaş və ya şöbə tərəfindən səhvlər və ya işə qeyri-səmimi yanaşma müşayiət olunduğu halda isə bu rahat bir şəkildə ifşa edilir. Sistemdə irimiqyaslı layihələri mərhələlərə bölmək, zəruri resurs bazasını və yerinə yetirilmə müddətini planlaşdırmaq mümkündür.

ERP sistemləri ilk növbədə müxtəlif profilli, bir neçə filiala və geniş coğrafiyaya malik oan iri şirkətlər üçün çox xeyirlidir. Belə müəssisələr üçün "Caspel" özünün hazırladığı xüsusi həll təklif edir. Bu həll modul struktura malikdir, yəni ehtiyac yarandıqda qoşulan bir neçə komponentdən ibarətdir.

ERP-nin tərkibi və işəsalma prosesi

ERP sistemi modul struktura malik olduğu üçün onun müəssisədə tətbiqi tədrici baş verir. Bu, həm əməkdaşlar, həm də müştərilər tərəfindən əlavənin qavranılmasını sadələşdirir. Tam inteqrasiya (ERP-yə keçid) isə müəssisənin profilindən və sistemin mürəkkəbliyindən asılı olaraq bir neçə ay, bəzən isə bir neçə il çəkə bilər.

ERP sisteminin əsas qovşaq-modullarına daha çox aşağıdakıları aid edirlər:

  1. Maliyyə modulu - müəssisənin investisiya cəlbediciliyini və reputasiyasını formalaşdırır. Bu modula mühasibatlığın baş kitabı, hesablar, gəlirlər və xərclər üzrə uçot sənədləri, öhdəlik və kreditlər barədə məlumatlar, banklarla münasibətləri əks etdirən sənədlər və s. aid edilir;
  2. Kadr modulu - şirkətin işçiləri barədə fərdi və professional (ixtisası, təcrübəsi, səriştəsi və s.) informasiyanı, əməkdaşların əmək haqları, ona əlavələr, mükafatlar, ezamiyyələr və digər mühüm məlumatları əhatə edir;
  3. Əməliyyat modulu - məhsulların və ya xidmətlərin istehsalı və satışı ilə əlaqəli istehsal, satış, logistik və digər hesabatların saxlanması üçündür. Bu modul müxtəlif sahələr üçün fərdi hazırlanır.

ERP sistemlərini "Caspel" şirkəti özü işləyib hazırladığından onlara konkret müəssisə üçün mühüm olan modulları artırmaq, aktual olmayanları isə deaktivasiya etmək imkanına malikdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı