Korporativ fibro-optik şəbəkələrin qurulması və optimallaşdırılması

“Caspel” şirkəti Sizə IT-həllərin inteqrasiyası və şirkətinizin filiallarının lokal şəbəkələrinin vahid şəbəkəyə yenidən təşkili üçün Azərbaycan ərazisində özünün şəxsi optik-lif şəbəkəsini təklif edir. IT-texnologiyaların müasir inkişaf tendensiyaları onu göstərir ki, korporativ şəbəkələrin avadanlıqları – biznesin dinamik inkişafının ilkin əlamətlərini təmin edən fundamental bir tələbdir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Müəssisənin ərazi cəhətcə uzaq olan struktur bölmələrini, filiallarını və törəmə şirkətlərini vahid şəbəkəyə birləşdirən vahid telekommunikasiya sisteminin yaradılması Sizin biznesə aşağıdakı inkişaf stimulları təmin edə bilər:

  • müəssisənin ayrı-ayrı bölmələrinin və uzaqda yerləşən filiallarının əməkdaşlarının öz aralarında və baş ofisin rəhbərliyi ilə qarşılıqlı əlaqəsinin sadələşməsi, sürətlənməsi və xərc baxımından ucuzlaşması;
  • müəssisənin fəaliyyətinin optimallaşdırılması üçün müasir elektron IT-sistemlərin tətbiq edilməsi imkanı;
  • korporativ məlumatların informasiya təhlükəsizliyinin artması və əməkdaşların ona yetərliliyinə nəzarətin sadələşməsi.

“Caspel” şirkəti tərəfindən təklif edilən həllərin üstünlükləri

Korporativ şəbəkənin quraşdırılması işləri “Caspel” şirkətinin sırf özünə məxsus olan optik-lif infrastrukturu bazasında yerinə yetirilir. Bu, rabitənin yüksək sürətini və biznesinizin korporativ şəbəkəsinə kənar daxilolmalardan mühafizəni təmin edir. Belə optik-lif məftili yüksək sürətdən başqa hal-hazırda mövcud olan texnologiyalar arasında ən yaxşı xətadanqoruma səviyyəsinə malikdir ki, bu amil bir sıra biznes növləri üçün çox mühümdür.

Korporativ optik-lif şəbəkəsini hazırlanması və quraşdırılması məsələsində “Caspel” şirkəti ilə əməkdaşlığın aşağıdakı üstünlükləri vardır:

  • sayından asılı olmayaraq müəssisənin bütün filiallarını vahid şəbəkədə birləşdiririk. “Caspel”in təklifi kiçik və ya orta biznes üçün və onlarla şöbəni birləşdirmək zərurəti olan korporativ müştərilər üçün qüvvədədir;
  • “Caspel” müəssisənizin korporativ şəbəkəsinin işinin optimallaşdırılması üçün məhsulların və həllərin böyük siyahısına malikdir;
  • “Caspel”in IT-mütəxəssislərin bütün sutka boyunca göstərdiyi texniki dəstək, şəbəkənin işində meydana çıxa bilən problemləri tez bir şəkildə aradan qaldırır;
  • “Caspel” tərəfindən təklif edilən məhsul və xidmətlər, ölkənin IT-xidmət bazarında mövcud olan orta bazar qiymətlərindən daha aşağı qiymətlərə təqdim edilir.

Artıq mövcud və yeni korporativ müştərilər üçün qiymətlərə Azərbaycanda fəaliyyətdə olan rəqib-şirkətlərin heç birinə əlçatar olmayan güzəştlər sistemi tətbiq edilir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı