Şirkətin maliyyə işlərinin idarəedilməsi

Pul vəsaitlərinin idarəedilməsi proseslərinin avtomatlaşdırılması, maliyyə planlarının, müvafiq sorğuların, maddi vəsaitlərin verilməsinin uçotunun aparılmasını əhəmiyyətli dərəcədə sadələşdirməyə imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti tərəfindən işlənib hazırlanmış ERP sistemi, vahid elektron bazanın tətbiqi ilə məxsusi olaraq biznesin rahat aparılması və vaxta qənaət edilməsi üçün nəzərdə tutulmuşdur.

Bu texnologiyanın aşağıdakı imkanları vardər:

  • şirkətin fəaliyyət xüsusiyyətlərinə uyğunlaşdırılmış ümumi büdcələşmə bazasının tərtib edilməsi;
  • müəssisənin müxtəlif istiqamətlər (gəlirlər, xərclər, investisiyalar, əmək haqlarının verilməsi və s.) çərçivəsində maliyyə-iqtisadi fəaliyyətinin planlaşdırılması;
  • maddi-material vəsaitlərin hərəkətinin hər bir səviyyəsini tam nəzarətdə saxlamaqla uçot fəaliyyətinin aparılması;
  • maliyyə planlarının rasional razılaşdırılması və pul vəsaitlərinin zərurət hallarında müəssisənin struktur bölmələrinə yönəldilməsinin koordinə edilməsi;
  • pul vəsaitləri sistemindəki avtomatlaşdırılmış əməliyyatlar əsasında müəssisənin maliyyə işlərinin mərkəzləşdirilmiş qaydada idarəedilməsi.

Maliyyə vəsaitlərinin idarəedilməsi texnologiyasının tətbiqi nəticəsində əldə edilən əməliyyatların yerinə yetirilməsi ahəngliyi, şirkətin fəaliyyətində pozuntuların yarana bilməsi riskini minimallaşdırmağa imkan verir.

Sistemin funksional modulları

• Büdcənin idarəedilməsi

Büdcənin idarəedilməsi modulu, maliyyə işlərinin əvvəlki qaydada aparılması təcrübəsinin göstəricilərinə əsaslanaraq şirkətin büdcəsinin dəqiq şəkildə müəyyən edilməsinə imkan verir. Maliyyə fəaliyyətinin faktiki göstəricilərinin əyani şəkildə təsviri və maddi vəsaitlərin satış nəticələrinin təhlili, pul əməliyyatlarına anındaca müdaxilə edilməsi və onların korrektə edilməsini təmin edir.

• Tədiyyə təqvimi

Tədiyyə təqvimi modulu, ödənişlərin həyata keçirilməsində yaddan çıxmalara yol verilməməsi, böhran vəziyyətlərinə təcili müdaxilə və onların nəticələrinin aradan qaldırılması zaman operativ şəkildə pul kütlələri axınlarına nəzarət və şirkətin büdcəsinin idarəedilməsi üçün nəzərdə tutulmuşdur.

• Maliyyə təhlili

Maliyyə təhlili modulu, iqtisadi hesabatlar əsasında maliyyə fəaliyyətinə verilən qiymətləndirmə rəylərinin tərtib edilməsi istiqamətində fəaliyyət göstərir. Modulun qarşısında duran vəzifə cari riskləri nəzərə almaqla gələcək əməliyyatların planlaşdırılmasıdır.

“Caspel” şirkəti tərəfindən tətbiq edilən ERP texnologiyası, konkret biznesin və müəssisənin vəziyyətinin xüsusiyyətlərini nəzərə almaqla, dəqiq layihənin işlənib hazırlanmasını nəzərdə tutur. Bu zaman uğurlu model o model hesab edilir ki, maliyyə axını və ERP sisteminin funksiyaları arasında qarşılıqlı əlaqəyə istinad edilərək tərtib edilmişdir.

“Caspel” qarşısına qoyulmuş məsələnin tam araşdırılmasına və şirkətin maliyyə işlərinin idarəedilməsinin optimal metodunun seçilməsinə zəmanət verir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı