“Caspel” şirkətindən “HelpDesk”: bütün sutka boyunca professional texniki dəstək

“Caspel” şirkəti müştərilərinə bütün sutka boyunca, 24 saat ərzində texniki xidmət göstərir. Tiketlər sertifikatlaşdırılmış personal tərəfindən işlənir. Bu əməkdaşlar malik olduqları bilik və bacarıqlarını müştəridə meydana çıxmış problemlərin tez bir şəkildə aradan qaldırılmasına yönəldirlər. “Caspel” mühüm və tanınmış proqram və avadanlıq istehsalçılarının partnyorudur. Onun təqdim etdiyi həllər müasir biznesin IT-tələblərini ödəyən standart və “bulud” texnologiyaları əsasında hazırlanmışdır.

“HelpDesk”in rahat və şəffaf iş sxeminin yaradılması və sürətləndirilməsi üçün ərizələrin qəbulu və tiketlərin rəsmiləşdirilməsi aşağıdakıların köməyi ilə həyata keçirilir:

  • şirkətin email-ünvanına müraciət;
  • telefon zəngi vasitəsilə texniki dəstək xidmətinin mütəxəssisi ilə bilavasitə ünsiyyət;
  • onlayn-konsultantla çat əlaqəsi;
  • cavab zəngi üçün ərizənin tərtib edilməsi.

Ərizənin statusunun izlənmə rahatlığı və texniki dəstək xidmətinin onu effektiv şəkildə işləməsi üçün hər bir mürəciətə fərdi nömrə verilir. Problem işləndikcə ərizənin də statusu onlayn rejimdə dəyişilməyə başlayır.

Biznesinizin iş qabiliyyətliliyinin dəstəklənməsi üçün səmərəli xidmət

“Caspel” şirkəti tərəfindən hazırlanmış və praktikada tətbiq edilən “HelpDesk” sistemi – klassik, zamanın sınağından keçmiş iş mexanizmləri ilə şirkətin özünün hazırladığı mexanizmləri özündə birləşdirən unikal məhsuldur. Texniki dəstək xidmətinin iş mexanizmi, ən yüksək səviyyəyə cavab verən və bütün sutka boyunca proqram təminatı və ya aparat həllərlə bağlı problemləri həll edə bilən servis təqdim etmək üçün daim modernləşdirilir və yaxşılaşdırılır.

“Caspel”in təqdim etdiyi “HelpDesk” həllinin texniki tərkibinin qüsursuz işindən əlavə biz aşağıdakı məqamları da diqqətdə saxlayırıq:

  • problemlərin sistemləşdirilməsi və birinci xətt mütəxəssisi və ya əməkdaşımız tərəfindən ən az sayda əməliyyat ərzində tiketlərin səmərəli aradan qaldırılmasını təmin edən standart həllərin hazırlanması;
  • dəstəyin hər iki xəttində məşğul olan personalın billik səviyyəsinin daima artırılması;
  • ərizələrdə daha tez-tez qeyd olunan problemlərin yaranmasının səbəblərinin təhlili və belə problemlərin yaranmasının qarşısını alan mexanizmlərin hazırlanması.

“Caspel”in təqdim etdiyi texniki dəstək – müştərinin işində yaranmış IT-problemlərin sürətli və effektiv şəkildə həll olunmasına, biznesdə boşdayanmaların və nasazlıqlar səbəbindən vəsaitlərin itirilməsinin qarşısını almağa yönəlmiş təsirli alətdir.

+9 (9412) 567-9090 telefon nömrəsinə zəng edib mütəxəssislərimizlə əlaqə saxlamaqla, texniki dəstəyimizi alın!

yuxarı