HelpDesk

HelpDesk - müəssisənin həm daxili, həm də xarici sorğularının qeydiyyatını aparan avtomatlaşdırılmış texniki dəstək sistemidir. Hal-hazırda istifadəçinin sualına cavab alınmasının ən rahat yolu - onlayn cavabdır. Ona görə də sistemin HelpDesk-i (ServiceDesk) şirkətin saytında müştərinin e-mail-inə məlumatların göndərilməsi xidmətinin dəstəklənməsi ilə birgə veb-servis kimi işləyir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Hər hansı HelpDesk-həllin mütləq komponenti - sorğulara nəzarət modulunun mövcudluğudur. Modul öz-özlüyündə, əslində istifadəçilərdən alınmış baqları, tiketləri və ya insidentləri saxlayan sistemdir. Nəzərə alınmalıdır ki, bu zaman belə sorğular telefon zəngləri, elektron poçt və ya bilavasitə saytda yerləşdirilmiş məlumat kimi müxtəlif mənbələrdən daxil ola bilir.

Beləliklə, sorğu qəbul edildikdən sonra o, texniki xidmətin əməkdaşlarından birinə yönəldilir. Bu zaman sorğunu təcililik və mühümlük kateqoriyalarında qeyd etmək mümkündür.

Tiketlə iş zamanı müştəri ilə əməkdaşın bütün ünsiyyət tarixçəsi yadda saxlanılır. Bunun nəticəsində texniki dəstək bölməsinin rəhbəri ünsiyyətin bütün prosesini izləmək imkanı qazanır. Bu qayda ilə sapportun işinə rahat şəkildə nəzarət etmək və personalın iş effektivliyini təhlil etmək mümkün olur.

Tiketlərin qeydiyyatından başqa sistemdə aşağıdakı komponentlərin də olması mümkündür:

  • qeydiyyatdan keçmiş istifadəçi bazası;
  • ən geniş yayılmış və tez-tez verilən suallar üçün hazır həllərin icmalı;
  • müştərinin şəxsi kabinetinin möbcudluğu. Burada sorğunun statusunun əks olunur və sapportla (texniki dəstək əməkdaşı ilə) yazışmaların saxlanılır;
  • müxtəlif növlü xidmətlər üçün məhsul və müqavilələr bazası.

HelpDesk sistemi ilk növbədə internet-mağazalar, xidmət və ya əmtəə satan hər bir kommersiya saytı, proqram və aparat məhsulu istehsalçıları və satıcıları üçün aktual ola bilər.

IT üçün HelpDesk

Müştərilərə dəstəkdən savayı HelpDesk sistemindən IT-şöbələr və şirkətlər infrastrukturun daxili idarə edilməsi üçün istifədə edirlər. Bununla əlaqədar belə ServiceDesk-lər aşağıdakı əlavə xüsusi funksiyalara malik olurlar:

  1. Konfiqurasiyaların reyestri (şirkətin daxili resursları, versiyalar barədə məlumatlar və sazlamalar);
  2. Geniş yayılmış problemlərin (təkrarlanan səhvlərin) və onların həllərinin siyahısı;
  3. Dəyişikliklərin siyahısı (proqram təminatının versiyasının yenilənməsi, yeni texnologiyaların və ssenarilərin tətbiqi).

"Caspel" şirkəti hər hansı profillin təşkili üçün çevik HelpDesk-həllər təklif edir. Bu zaman sazlanma və tam informasiya dəstəyi, adekvat tariflər, anlaşıqlı və sadə interfeys, münasib və rahat texniki dəstək şəbəkəsini təşkil etməyə kömək edəcəkdir. Zərurət halında isə sistemə tələb olunan modulları əlavə də etmək mümkündür.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı