Audit, konsaltinq, monitorinq

"Caspel" şirkəti müştərilərinə informasiya texnologiyaları və telekommunikasiya infrastrukturunun qurulması sahəsində geniş xidmətlər spektri təklif edir. Şirkətimizin təqdim etdiyi xidmətlər sırasında – internetə yüksəksürətli əlçatarlığın təmin edilməsi, korporativ və IP-telefoniya sistemlərinin yaradılması, kondisionerləşdirmə sistemlərinin quraşdırılması və sazlanması, müəssisənin resurslarının planlaşdırılması və məlumatların təhlili sistemlərinin hazırlanması, bankomatların və məlumat köşklərinin qurulması və texniki xidməti və digər bu qəbildən olan həllər durur. Bu həllərin məqsədi sifarişçilərimizin hər hansı biznes-proseslərinin səmərəli fəaliyyət göstərməsinin təmin edilməsidir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

"Caspel" şirkətinin xüsusiyyəti – hər bir müştəriyə fərdi yanaşmadadır. Hər bir konkret həll, sifarişçinin bütün tələb və istəklərinin nəzərə alınması ilə hazırlanır. Elə bu səbəbdən də, "Caspel"in yaratdığı hər bir məhsul müştərilərimizin bütün texnoloji və digər xüsusiyyətlərinə daima ideal şəkildə adaptə edilmiş olur. Mütəxəssislərimiz mütləq son vəziyyətin bütün nüanslarını nəzərə alır və ona uyğun olan maksimal effektiv həll təqdim edirlər.

Aydın məsələdir ki, informasiya infrastrukturunun müxtəlif ünsürlərinin hazırlanması ayrı-ayrı şirkətlərə tapşırılsa, onda alınan nəticə qarşıya qoyulmuş bütün tələblərə cavab verməyə də bilər. Bu halda isə sistemin effektiv işi ciddi təhlükəyə məruz qalar. Məhz ona görə də, məsələnin həllinə kompleks yanaşmanın olması mühümdür.

"Caspel" şirkəti müştərilərinə IT-sistemlərin yaradılması və modernləşdirilməsi sahəsində tam xidmətlər kompleksi təklif edir. Şirkətimiz hər bir mürəkkəblik dərəcəsi olan layihələrin hazırlanması ilə məşğul olur. "Caspel" mütəxəssislərinin təcrübəsi və kompetentliyi, onun ən qabaqcıl texnologiyalar dəsti tətbiq etməsi, IT-sferanın ən mühüm sahələrində qabaqcıl texnoloji şirkətlərlə partnyorluq münasibətləri və həmçinin Azərbaycan bazarında layihələrin həyata keçirilməsi xüsusiyyətlərinin dərin bilgiləri, şirkətimizi informasiya texnologiyaları və telekommunikasiya infrastrukturu sahəsində tam xidmət təchizatçısı kimi xarakterizə edir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı