IT-infrastrukturun inzibatçılığı: müştərinin vaxtına və puluna qənaət

Lokal şəbəkənin inzibatçılığı – müasir müəssisənin IT-infrastrukturunun fasiləsiz işini təmin etməyə yönəlmiş əməliyyatlar kompleksidir. Bu məsələdə əsas və prioritet iş – yüksəkixtisaslı IT-mühəndisin seçilməsi problemidir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

"Caspel" şirkəti IT-inzibatçılığı sahəsində öz xidmətlərini təqdim edir. Nəzərə alınmalıdır ki, sistemin servis hissəsinin qurulmasına kompleks yanaşma və onun optimal sazlamalarının müəyyən edilməsi – müəssisənin səmərəli fəaliyyətinin ən mühüm əsaslarından biridir.

"Caspel" aşağıdakı istiqamətlərdə IT-infrastruktura proqram paketli xidmətlər təqdim etməyə hazırdır:

  • kompüter şəbəkəsinin layihələşdirilməsi – yəni, lokal hesablama şəbəkəsinin iş qabiliyyətinin artırılmasına yönəlmiş mövcud sistemin tam diaqnostikası, modernləşdirmə həllərinin axtarışı və ya şəbəkə həllinin fərdi layihəsinin işlənib hazırlanması;
  • məlumatların ötürülməsi, VPN-şəbəkələr, telli/telsiz lokal şəbəkələr kimi müxtəlif səviyyəli şəbəkələrin yaradılması və onların funksionallığının sazlanması;
  • kompleks inzibatçılıq – yəni, şəbəkə funksionallığını təmin edən serverlərə, əlavələrə, avadanlıqlara xidmət, kompüterlərin modernləşdirilməsi üzrə məsləhətlər.

Proseslərə ixtisaslı IT-inzibatçıların cəlb edilməsi, birmənalı olaraq şirkətin IT-infrastruktur göstəricilərinin yüksəlməsinə imkan verəcəkdir. Şirkətimizin ixtisaslaşmış mərkəzində istifədə edilən ən yeni texnologiyalar və malik olduğu lisenziyalı proqram təminatları müvəffəqiyyətlərimizə əminliyin zəmanətidir.

"Caspel" – Sizin sınaqdan keçmiş IT-administratorunuzdur

Müəssisənin lokal şəbəkəsinin xarici idarəedilməsinin müxtəlif formatlı avadanlığın mövcudluğu halında həyata keçirilməsi daha məsləhətlidir. Belə avadanlığa adətən, bir neçə mütəxəssis tərəfindən qulluq edilməsi tələb olunur. Amma, IT-inzibatçılq məsələsinə belə yanaşma, resurslara qənaət edilməsi ilə bərabər, sistem pozuntularının aradan qaldırılmasına sərf olunan vaxtı azaltmağa və istehsalın boşdayanmasının qarşısını almağa imkan verir.

"Caspel"in ixtisaslaşdırılmış mərkəzinə müraciətin aşağıdakı faydaları vardır:

  • IT-infrastrukturun effektivliyinin zəmanətli artımı;
  • lokal şəbəkəyə çəkilən xidmət xərclərinin minimallaşdırılması;
  • iş qabiliyyətinin stabil səviyyəsinin dəstəklənməsinə sərf olunan əməyin azaldılması.

"Caspel" şirkəti müştərilərinə, ixtisaslaşdırılmış mərkəzində keçirilən müntəzəm diaqnostika, daimi monitorinq, müəssisənin konkret sistem növünə uyğun sazlamaların xüsusiyyətlərinin izlənməsi və optimallaşdırma da daxil olan tam inzibatçılığın aparılmasını təklif edir.

Belə növ xidmətin verdiyi birbaşa fayda – bütün IT-infrastruktur üzərində daimi nəzarət və sistemin işində pozuntu eytimalları müəyyən edilən kimi ona ani reaksiyanın verilməsidir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı