Sığorta

Sığorta üçün proqram həlli sığorta biznesinin fəaliyyətini avtomatlaşdırmağa imkan verir. Bu həllin köməyi ilə rahat şəkildə fəaliyyətin mühasibat, vergi, sığorta və operativ uçotunu aparmaq və təhlil etmək mümkündür. Həllə kompleks yanaşma, hər bir ayrıca modulu effektiv idarə etmək, sazlamaq təhlil etmək, hesabat və statistika göstəricilərini toplamaq imkanı yaradır. Bundan da başqa, əməkdaşların da əmək aktivliklərinə nəzarət etmək və inkişaf dinamikasını təhlil etmək yüngül prosesə çevrilir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Proqram məhsulun modul struktura malik olması onun miqyasından və tələblərindən asılı olaraq hər bir ayrıca götürülmüş sığorta şirkəti üçün zəruri olan hissələrindən istifadə edə bilməyi təmin edir.

"Caspel" şirkətinin işləyib hazırladığı sistem aşağıdakı əməliyyatların həyata keçirilməsini təmin edir:

  • xüsusi biznes-proseslərinin müşayiət edilməsi (fərdi sığorta məhsulları, anderraytinq, mümkün zərərlərin təhlili və s.);
  • tariflərin müəyyən edilməsi və təhlili, hesabatların verilməsi və inzibati idarəetmə qərarlarının qəbul edilməsi üçün məlumatların toplanması və işlənməsi;
  • kənar informasiya sistemləri ilə (məsələn, sığorta polislərini rəsmiləşdirmək üçün bank sistemləri ilə) qarşılıqlı uyğunluğun əldə edilməsi;
  • bir sıra sığorta əmanətləri üzrə prosedurların avtomatlaşdırılması.

Sifarişçilər üçün rahatlıq

Sığorta modulunun bu avtomatlaşdırılmış sisteminin köməyi ilə müştərilər özləri - avtomobil, məsuliyyət və əmlak sığortası kimi icbari sığorta polislərini rəsmiləşdirə bilərlər. Əlavə olaraq yuxarıda qeyd edilmiş hallarda baş vermiş sığorta hadisəsinin işlənməsinə görə məlumatların daxil edilməsi üçün interfeys də əlçatardır. Bütün bu imkanlardan birbaşa olaraq sığorta şirkətinin saytından istifadə etmək mümkün olacaqdır. Nəticədə isə sığorta şirkətinin satış şöbəsinin aktiv işi ilə həmahəng olaraq istifadəçilərin loyallığı və biznesin də gəlirliyi əsaslı şəkildə artacaqdır.

Tətbiq dövrü

Sistemin işəsalma dövrü və həmçinin onun qiyməti sığorta şirkətinin fərdi tələblərindən, detallaşdırma və işlənmə səviyyəsindən, zəruri modulların sayından asılıdır. O cümlədən, bu istiqamətdə istifadə olunacaq "Caspel" şirkətinin resurslarının həcmi də, layihənin mürəkkəbliyi ilə düz mütənasibdir.

Layihənin ilkin qiymətləndirilməsi müştərinin tələbləri, sistemin köməyi ilə həll ediləsi nəzərdə tutulan biznes-məsələlər üzərində əsaslanır. Texniki tapşırığın müfəssəl işlənməsi, nüansların dəqiqləşdirilməsi, müştəri tərəfindən cəlb ediləcək əməkdaşların sayı kimi məsələlər isə danışıqların son mərhələsində müzakirə olunur. Həllin son işləmələri və sazlamaları zamanı müştəri tərəfindən layihəyə dəyişikliklərin edilməsi də mümkündür. Həllin bilavasitə tətbiqi mərhələ-mərhələ baş verir ki, bu da sistemi tədricən öyrənməyə imkan verir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı