Beynəlxalq kanallar təhlükəsizliyi və məlumatların sürətli mübadiləsini təmin edər

İri beynəlxalq korporasiyalar ölkə xaricinə məlumatın ötürülmüsi zamanı internetdən istifadə etmirlər. Nə səbəbdən ümumdünya şəbəkəsi onların tələbatına cavab vermir? Mühüm və xüsusilə mühüm məlumatın itirilmə və hətta oğurlanma təhlükəsi, vacib danışıqların gedişatında rabitənin kəsilə bilməsi, iş prosesinin internet trafikindən asılılığı, ötürmənin kiçik sürəti və bu kimi amillər şirkətlərin internetə etimadını xeyli azaldır. Axı internet işində mümkün zədələnmələr şirkətin imicinə ziyan vura, iş prosesinin dayanmasına, itkilərə gətirib çıxara bilər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Təklif etdiyimiz həll, müştərinin internetə çıxışını ölkə xaricində ayrılmış kanala inteqrasiya edilməsini nəzərdə tutur. Təşkilatlar araslnda rabitə ayrıca fibro-optik kanal vasitəsilə baş verir. Məlumatları uzaq məsafələrə ötürmək istədikdə, məhz bu yanaşmanı tətbiq edirlər.

Optik lifli ayrıca kanalın istehsal edildiyi material çox möhkəm və uzunömürlüdür. Bununla yanaşı, material kifayət qədər elastikdir və çəkisi ağır deyil.

Bəs müştəri hansı üstünlükləri əldə edir?

  • Məlumatın mühafizəsi – müştəri arxayın ola bilər ki, korporativ verilənlər və informasiyalar itməyəcək, habelə, şəbəkəyə üçüncü şəxslərin icazəsiz qoşulması baş verməyəcək – axı siqnal bir nöqtədən digərinə birbaşa gedir.
  • Kanalın fiziki mənada təhlükəsizliyi – kanalın kimyəvi təsirlərə, istiliyə, hətta yanğına davamlılığı.
  • Sürət amili – hazır paketlərin böyük məsəfələrə ləngimədən və böyük sürətdə ötürülməsi. Siqnalın maneə ilə qarşılaşması halları praktiki olaraq, istisna olunur.
  • Dalğa maneələrinin olmaması – optik lifli kanalda siqnal demək olar ki, təhrif olunmur və ötürülmə zamanı zəifləmir.
  • Kanalın yaxşı keçirmə qabiliyyəti – nəhəng həcmli informasiya çox qısa vaxt kəsimində ötürülə bilir.

Beynəlxalq kanallar təşkilatlar arasında rabitəni şəbəkə vasitəsilə və provayderlərin mümkün ləngitmələri olmadan həyata keçirmək imkanına malikdirlər. Kəsilməyən və sabit olan rabitə, şirkətin baş ofisinin filiallarla əlaqə yaratmasına, müxtəlif ölkələrdə yerləşən təşkilatların real zaman rejimində bir-birilə əlaqələndirilməsinə imkan verir.

CASPEL öz fibro-optik şəbəkəsinə malikdir və bu şəbəkə ölkənin bütün ərazisini əhatə edir. Şirkətimiz ayrılmış kanal vasitəsilə xaricə də çıxış alır və yeni kanallar çəkir. Günümüzdə optik lifli kabel təkcə ölkələri deyil, o cümlədən qitələri də birləşdirir.

Əgər beynəlxalq təşkilat müxtəlif ölkələrdə yerləşən ofisləri arasında rabitənin keyfiyyəti ilə qayğılanırsa, bu halda bizim təklif etdiyimiz həll – beynəlxalq kanallar – çox sərfəli investisiya rolunda çıxış edəcək. Biz sizin şirkətiniz üçün layihənin tərtib edilməsini, onun tətbiqini, zəruri avadanlığın qurulmasını, texniki dəstəyi təklif edirik.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı