Müxtəlif tipli zərərverici proqram təminatlarından ofisdaxili müdafiə

Hər hansı bir şirkətin məlumat bazasının “virusa” yoluxması, məlumat itkisinə, daxili hesabatlığın və ya biznes-layihələrin rəqib təşkilatlar tərəfindən konfidensiallığının pozulmasına gətirib çıxara bilər. Bu məsələ, həm zərərverici proqram təminatının təsadüfi işə salınmasından, həm də zərərli əlavələrin bilərəkdən daxil edilməsi nəticəsində meydana çıxa bilər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Problemin çözülməsi yolunda optimal həll, şəbəkədə tanınmış “Kasperski laboratoriyası” şirkətinin məhsullarının qurulmasıdır. Bu məhsullar, şəbəkədə olan kənar proqram təminatını bir anın içərisində aşkar etməyə imkan verir. Zərərverici proqramlardan belə bir müdafiə növü IT-infrastrukturun təhlükəsizliyi beynəlxalq bazarında qəbul edilmişdir. “Kasperski laboratoriyası” məhsullarının belə populyarlığı onların zərərverici agentlərin ən kiçicik hərəkətinə belə olan yüksək hissiyatlılığıdır.

Müdafiə sistemlərinin işlənib hazırlanma texnologiyaları “KasperskySecurity” məhsul xəttinin konkret təhlükə səviyyəsinə qurulmasına imkan vermişdir. Təbii ki, bu, təhlükə ilə mübarizə üçün sürətli həll axtarışına və zərərverici obyektə qarşı zəruri təxirəsalınmaz tədbirlərin zəmanətli şəkildə tətbiqinə şərait yaradır. Bununla da müəssisənin məlumatları tamamilə müdafiə olunan və dəyişilməz qalır.

“Kasperski Laboratoriyasının” çoxfunksionallığı

“KasperskySecurity” xətti bazasında olan texnologiyalar aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuşlar:

  • fərdi iş yerlərinin müdafiəsi və nəzarəti – istifadəçilər tərəfindən yerinə yetirilən əməliyyatların tam müşahidəsi; mobil qurğular parkının idarəedilməsi, belə qurğular üçün əlçatar olan korporativ məlumatın qruplaşdırılması və kodlaşdırılması;
  • kənardan müdaxilələrə qarşı proteksiyalar – internet-şlüzlərin, poçt və korporativ serverlərin fəaliyyətinə nəzarət edilməsi;
  • IT-infrastrukturun komponentlərinə xidmət – sistem administratoru tərəfindən proqram təminatının yenilənmələrinin həyata keçirilməsi, əməlyyat sisteminin (ƏS) nümunələri ilə işin aparılması, mobil qurğulara əlavələrin yerləşdirilməsi, şəbəkəyə bir nəfərlik əlçatarlıq nəzarəti;
  • mərkəzləşdirilmiş nəzarət – inzibatçılığın vahid konsolu əsasında korporativ IT-infrastrukturun təhlükəsizlik sisteminin idarəedilməsinin həyata keçirilməsi.

“Caspel” şirkəti müəyyən edilmiş məsələ çərçivəsində xidmət təklif edir. Mütəxəssislərimizin fəaliyyətinə əminliyin zəmanəti – mühafizə strukturunun yaradılması üzrə kompleks layihələr yaradılması, müxtəlif miqyaslı müəssisələr üçün “KasperskySecurity” məhsullarının seçilməsi və proqram təminatlarlna lisenziyaların verilməsidir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı