İT-infrastrukturu üçün fəlakətədavamlı həllər

Statistikaya əsasən, öz data-mərkəzlərini 10 gün və daha artıq müddətə itirən şirkətlərin 93%-i, bir il ərzində iflasa uğrayır. İri müəssisələr hətta məlumatların az bir hissəsinin itirilməsindən böyük zərər çəkə bilirlər. Elə İT-sistemləri var ki, onların cəmi bir neçə saat dayanması nəticəsində şirkətlər nəhəng itkilər vermiş olur.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Vacib korporativ informasiyaya, biznes-əlavələrə, İT-infrastrukturun elementlərinin istismarına əlçatarlığın fasiləsiz təmini – hər bir şirkət üçün ən vacib vəzifələrdəndir. İmtinayadavamlılıq və fəlakətədavamlılıq – mühüm məlumatın itirilmə riskini və avadanlığın dayanmalarını praktiki olaraq, heçə endirməyə imkan verir.

İmtinayadavamlılıq və fəlakətədavamlılıq sistemlərinin tətbiqi biznesi səmərəsini xeyli artırır, vəsaitlərə əsaslı qənaət etməyə imkan yaradır. Belə ki, bu zaman elektirk enerjisinin qəfildən kəsilməsi səbəbindən, yaxud da, enerji sıçrayışlarının, qəzaların, təbii fəlakətlərin baş verməsi səbəbindən sıradan çıxa bilən avadanlığın bərpasına yönəldiləcək böyük vəsaitlərə qənaət ediləcək və lazımi istiqamətlərə yönəldiləcəkdir.

Fəlakətədavamlı həllərin əsasında aşağıdakı texnologiyalar durur:

  • klasterləşdirmə;
  • virtuallaşdırma;
  • informasiyanın saxlanma sistemi;
  • verilənlərin ötürülməsi kanalları meydançaların ərazi baxımdan bölüşdürülməsi.

Xarici ekspertlərin apardığı statiskaya əsasən, qəzaların baş vermə səbəbləri arasında əsas yeri avadanlığın imtinası tutur. İnformasiyanın saxlanma sistemləri: verilənlərin “bulud”a replikasiyası (verilənlərin bir daşıyıcıdan digərinə rezerv surətlərinin ötürülməsinin sinxronlaşdırılması), virtuallaşdırma, proqram konfiqurasiyalaşdırma texnologiyaları – bunlar texnikanın nasazlığı zamanı korporativ məlumatın qorunmasını təmin edir.

Bu həllərin tətbiqinin üstünlükləri aşkardır:

  • baş verə bilən qeyri-ştat hallarında məlumatın müdafiəsinin təmini;
  • qəza halında avadanlığın ehtiyat meydançasına ani keçirdilməsi, iş prosesinin davamiyyətini təmin etməyə imkan yaradılması;
  • İT-infrastrukturun qeyri-ixtiyari dayanması müddətinin minimallaşdırılması, şirkətin bütün bölmələrinin iş prosesinin fasiləsizliyini təmin etməyə şərait yaradılması.

Bizim mütəxəssislər şirkətin biznes-proseslərinin dərin təhlilini apara və informasiya sistemlərinin zəif tərəflərini aşkar edə bilərlər. Bunun əsasında, onlar optimal texniki həllər paketi işləyib, hazırlayırlar. Bizim tərtib etdiyimiz dərhal bərpa planı və müvafiq təlimatlar, İT-infrastruktura cavabdeh olan əməkdaşlara böhranlı anlarda dərhal fəaliyyətə keçməyə imkan yaradacaqdır. Belə planlar tez və effektiv reaksiya verməyə, heç nəyin nəzərdən qaçmamasını təmin etməyə zəmin yaradır.

Hər hansı bir seçilmiş həll, praktiki tətbiqdən öncə səylə testdən keçirilir. Bu, müştərinin məlumatlarının saxlanmasının təmini üçün çox vacibdir. İmtinayadavamlı və fəlakətədavamlı həllər, sizin şirkətin İT-infrastrukturunun iş prosesinin fasiləsizliyini təmin etməyə əmələn şarait yaradacaqdır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı