IT-autsorsinq: düşünən istifadəçilər üçün həllər

IT-autsorsinq – ixtisaslaşdırılmış mərkəzlər tərəfindən həyata keçirilən, müəssisənin IT-infrastrukturunun abunə prinsipi ilə dəstəklənməsi, ona xidmət olunması və modernləşdirilməsidir. IT-autsorsinq xidmətinə avadanlıq və ya proqram təminatının tam müşayiəti və ayrı-ayrı istiqamətlərin (proqramlaşdırma, hostinq, testdən keçirilmə və digər) dəstəklənməsi daxildir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Bəzən texniki məsələlərin həlli üçün müxtəlif səviyyəli mütəxəssislərin köməyinə ehtiyac yaranır. Autsorsinq, bir operatorun yardımını təqdim edib, sonradan köməyi böyüdüb tələb olunan kompetentlik dərəcəsinə qədər dərinləşdirərək, onun vasitəsilə şirkətdə çalışan bütün mütəxəssisləri problemin həllinə cəlb edə bilir. "Caspel" şirkəti müştərinin biznesinin IT-infrastrukturunun dəstəklənməsi üzrə kompleks IT-autsorsinq təklif edir.

İxtisaslaşmış IT-şirkəti olan "Caspel" şirkətinə IT üzrə cari məsələlərin həvalə edilməsi aşağıdakı məsələlərin həllinə zəmanət vermiş olur:

  • problemin tam şəkildə araşdırılması – şirkətimizin personal ştatında informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə mütəxəssislər var ki, bu da meydana çıxan hər hansı bir məsələnin dərindən öyrənilməsinə zəmin yaradır;
  • hesabatlarların tez bir şəkildə tərtib edilməsi – müştəri şirkətin konkret iş istiqamətinin bilgisi, bizim mütəxəssislərə hər hansı ştatlı menecerdən dəfələrlə tez bir formada qarşıya qoyulmuş maliyyə, hüquqi və s. məsələlərin öhdəsindən gəlməyə imkan verir;
  • göstərdiyi fəaliyyətin tam məsuliyyəti – "Caspel" yerinə yetirdiyi araşdırmaların dəqiqliyinə, sənədlərin təhvil vermə müddətlərinə görə maddi məsuliyyət daşıyır.

Hər bir təşkilatın rəhbəri ofis personalının işinə 100% əmin olmalıdır. Əgər Sizin IT-xidməti sahəsində müvafiq bilgilərə malik olan kadrınız yoxdursa, onda biz daimi və ya müvəqqəti əsaslarla yüksəkkeyfiyyətli servis təqdim etməyə hazırıq.

Mütəxəssislərimizin göstərdiyi xidmətin faydaları

Mütəxəssislərimiz sutka boyunca, 24/7 rejimində operativ iş başındadırlar. Bu səbəbdən də Siz həmişə cari vəziyyət barədə xəbərdar olacaqsınız.

IT-autsorsinq aşağıdakı imkanlar yaradır:

  • maliyyə resurslarına qənaət – "Caspel"in təqdim etdiyi xidmətin qiyməti ştatda olan əməkdaşın orta statistik maaşından aşağıdır. Bundan da başqa, Sizin heç bir vergi öhdəliyiniz də yaranmır;
  • vaxta qənaət – müştərinin ştatında olan IT-menecerdən fərqli olaraq, bu istiqamətdə çalışan "Caspel" mütəxəssisinə əlavə təlim keçmək tələb olunmur, eyni zamanda tapşırığın yerinə yetirilmə sürəti də müqayisəedilən deyildir;
  • ofisdə yerə qənaət – Siz daha bir əlavə əməkdaş üçün yeni iş yerinin təşkili və hazırlanması barədə qayğılanmırsınız.

Bütün bunlardan da başqa Siz kompüter texnikasının, proqram təminatının qurulmasının, periferiyanın sazlanmasının, kartriclərinizin doldurulmasının, veb-səhifələrinizin yenilənməsinin tam xidmət servisini almış olursunuz. Sizin qazanc – vaxtınızı sərf edərək ixtisaslaşdırılmış şirkət axtarışına çıxmağa ehtiyac olmamasındadır. Əlavə olaraq biz topdansatış qiymətlərlə ofisinizin kompüterlər və digər texnika ilə təchizatına yardım da edə bilərik.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı