IT-infrastrukturun monitorinqi: əməliyyatları ləngitmədən

Müəssisədə IT-infrastrukturun multifunksionallığı işin tempinin stabilliyini qoruyan başlıca amillərdən biridir. Lakin proqram-aparat həllinin hətta hər hansı bir komponentinin sıradan çıxması isə şübhəsiz, müəyyən xərclərə səbəb olur.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

İş prosesinin pozulmasının aşağıdakı səbəblərinin olması mümkündür:

  • texnikanın sıradan çıxması (sınması və s.);
  • avadanlığın aşağı məhsuldarlığı;
  • texnologiyaların sazlanmalarının pozulması və qüsurları;
  • proqram təminatı ilə bağlı problemlər.

Sadalanan halların baş verməməsi üçün mütəmadi olaraq müəssisənin aparat və proqram hissələrinin modernləşdirilməsi keçirilməlidir. “Caspel” şirkəti problem(lər)in müəyyən edilməsində, onun aradan qaldırılmasında, mümkün gizli risklərin axtarılmasında kömək etməyə həmişə hazırdır. Mütəxəssislər komandasının məlumatların toplanması və texnologiyaların diaqnostikası sahəsində olan ahəngli işi müştərilərimizi gözlətmədən, istehsal prosesini isə boşdayanmaya məruz qoymadan sürətli cavab hazırlamağa imkan verir.

İT-infrastrukturun imkanları və perspektivləri

IT-infrastrukturun monitorinqi sistemləri proseslərə tam nəzarət edilməsi vasitəsilə işlərin aparılmasını sadələşdirən çoxfunksional həldir.

Metodikanın aşağıdakı üstünlükləri vardır:

  • proqram-aparat kompleksinin göstəricilərinin iş qabiliyyətinin fasiləsiz izləmək imkanı;
  • fəaliyyət göstərən bütün IT-qovşaqlar barədə məlumatların bir proqram pəncərəsində əks olunması;
  • bütün proseslərə bir operator tərəfindən tam nəzarət edilməsi;
  • sistemdə baş vermiş pozuntular, qəza vəziyyətləri barədə IT-mühəndislərin SMS, elektron poçt (e-mail) və digər vasitərlə həmin andaca xəbərdar edilməsi;
  • istehsalatın boşdayanmasına vaxt itirmədən pozuntuların sürətlə aradan qaldırılması;
  • IT-resurs və servislərdən məhsuldar istifadə edilməsi;
  • sistemin sındırılmalar və virus hücümlarından yüksək səviyyəli mühafizəsi;

IT-infrastrukturun təşkili işində professionalların cəllb edilməsi, vaxt baxımından elə də çətin bir məsələ deyildir, amma maliyyə cəhətcə isə sonrakı səhvlərin aradan qaldırılması baxımından dəfələrlə ucuz başa gəlir.

“Caspel” şirkətinin servis işinin istiqamətləri

IT-infrastrukturun monitorinqinin yüksək effektivliyi professional proqram təminatı ilə əldə edilir. Problemlərin həlli üçün istisnavi olaraq “Microsoft”, “HP” və “Zabbix” kimi şirkətlərin lisenziyalı proqram təminatlarından istifadə olunur.

“Caspel”in mütəxəssisləri aşağıdakı istiqamətlərdə kompüter və ofis texnikasının quraşdırılmasını və ona xidməti təklif edir:

  • korporativ şəbəkə ilə iş - əməliyyat sisteminin (ƏS), son proqram məhsullarının, biznes və mühasibat əlavələrinin qurulması;
  • proqram təminatının yenilənməsinin avtomatlaşdırılması;
  • işçi stansiyalar, serverlər və əlavələr üzərində tam nəzarət;
  • IT-infrastrukturun fəaliyyətində baş verən pozuntu və səhvlərin tapıb üzə çıxarılması.

“Caspel”, müəssisənin proqram-aparat kompleksinin inventarizasiyasının keçirilməsini, proqram əlavələrinin optimal şəkildə uyğun olan paketinin seçilməsini, texnologiyaların sifarişçinin sorğuları və personalın imkanlarına uyğun adaptasiyasını təklif edir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı