Bank və terminallar şəbəkələrinin monitorinqi

Serverlərdə baş verən imtinalar, proqram təminatının işindəki pozuntular, rabitə kanallarının funksionallığında yaranan nöqsanlar qaçılmaz tərzdə bank proseslərində boşdayanmalara və müştərilərə xidmət sahəsində çətinliklərə gətirib çıxarır. Bu ehtimalların baş verməsini önləmək üçün bank fəaliyyətinin ən zəruri məqamlarından biri də bank əməliyyatları zamanı stabilliyin pozulması hallarına anındaca reaksiya verilməsini təmin edən IT-bölmənin cəlb edilməsidir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Belə bir servis xidməti bankomatla prosessinq mərkəzi arasında daimi sabit əlaqəni təmin edir. Belə ki, bir çox hallarda bu iki struktur üzərində nəzarət ayrı-ayrı bölmələr tərəfindən həyata keçirilir. Məsuliyyətin bir qrup çərçivəsində mərkəzləşdirilməsinin isə aşağıdakı üstünlükləri vardır:

  • məsul şəxsin anındaca müəyyən edilməsi;
  • rabitənin olmamasının səbəblərinin araşdırılması vaxtının sürətləndirilməsi;
  • informasiyanın provayderə ötürülməsinin təşkil edilməsi;
  • boşdayanmadan yaranan maliyyə itkisinin minimallaşdırılması.

“Caspel” şirkəti müştərilərini daimi monitorinq və geniş ATM funksionallıq imkanları olan bankomatlar şəbəkəsinin iş qabiliyyətliliyinin dəstəklənməsi ilə təmin etməklə öz xidmətlərini təklif edir.

Sistemin stabil iş metodu

“Caspel” şirkətinin təqdim etdiyi servis, bankomatların şəbəkə ilə stabil rabitə vahid nəzarət konsolunun yaradılmasına istiqamətlənmişdir. Optimal monitorinq səviyyəsi müxtəlif protokollar (X.25, XOT, birbaşa IP üzrə) üzrə fəaliyyət göstərən bankomatların vahid bir mühitdə yerləşdirilə bilmək imkanlarının mövcudluğu hesabına əldə edilir. Bu zaman müşahidə mərkəzi, hər yeni seqmentin və ya quraşdırılmış routerin konfiqurasiyasının işində baş verən ən kiçik dəyişikliklərdən də xəbərdar olacaqdır.

Xidmətin “ServiceDesk” həlli ilə inteqrasiya imkanları struktur üzərində tam nəzarət edilməsini təmin edir, CMDB sistemində iş isə bir anın içərisində sahədəki məsul operator barədə məlumatlar barədə xəbərdar olmağa imkan verir. Beləliklə də, növbənin təhvil verilməsi bazanın itirilməsinə gətirib çıxarmır və şəbəkənin dəstəklənməsi isə bütün sutka boyunca, 24/7 rejimində təmin edilir.

Bu cür metod aşağıdakı imkanları yaradır:

  • monitorinqin effektivliyinin optimallaşdırılması;
  • bankomatlar şəbəkəsinin hər bir seqmentinə əlçatarlıq səviyyəsinin artırılması;
  • müştərilərə xidmət keyfiyyətinin göstəricilərinin yaxşılaşdırılması;
  • terminalların iş qabilyyətinin bərpa sürətinin artırılması;
  • rabitə kanallarının işində baş verən pozuntuların sayının hesablanması ilə monitorinqinin təqdim edilməsi;
  • administratorların konfiqurasiyalar və şəbəkə avadanlığı üzərində nəzarət alətləri ilə təmin edilməsi.

Bank və terminallar həlli, bank strukturunun maliyyə itkilərinin azalmasını təmin edən bankomatlar şəbəkəsi və avadanlığın özünün işində baş verən pozuntuların aradan qaldırılmasına sərf olunan vaxtı qısaltmağa imkan verir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı