Network Solutions: ideal həll axtarışı

Hər bir məhsuldar fəaliyyət qabaqcıl şəbəkə həllərinin tətbiqi ilə IT-infrastrukturun təşkilini nəzərdə tutur. “Caspel” şirkəti bu istiqamətdə strukturun daxili və xarici (bir ölkə hüdudlarında və müxtəlif ölkələr arasında) əlaqələrini nizamlamağa imkan verən xidmət təklif edir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Network Solutions”un tətbiqi aşağıdakı geniş həll spektrini əhatə edir:

  • bankların və terminalların monitorinqi – şöbələrin filiallarla, terminallarla, bankomatlarla fasiləsiz daxili rabitəsi, maşın kompleksinin funksionallığının pozulması barədə prosessinq mərkəzinin ani şəkildə xəbərdar edilməsi, növbətçi qrupun reaksiyası, sistemdə baş vermiş nasazlıqların aradan qaldırılması;
  • bankomatlar sisteminin işə salınması – aparat kompleksinin işinin ofis bölməsi ilə sinxronlaşdırılması, pul kütlələri axınına nəzarətin keyfiyyətinin yaxşılaşdırılması, sıradan çıxmış bankomatların vaxtlı-vaxtında təmiri;
  • beynəlxalq kanallara qoşulma – informasiya təhlükəsizliyi səviyyəsi yüksək olan mübadilə əməliyyatlarının keçirilməsi, kənar maneələr olmadan düz axın üzrə tranzaksiyaların yüksək sürəti;
  • SWIFT-in işə salınması – beynəlxalq sənəd dövriyyəsi, qiymətli kağızlar, maliyyə fondlarının ötürülməsi, inzibati yazışmaların aparılması sahəsində iş, filiallararası daxili məlumat mübadiləsi imkanlarının genişlənməsi;
  • Korporativ şəbəkənin qoşulması – bütün səlahiyyətli bölmələrə əlçatarlıq təqdim etməklə işlərin aparılmasının sürətlənməsinə yardımçı olur və müəssisə daxilində məlumat axınını idarə edir.

Təqdim olunan həllərin hər biri məlumat mübadiləsi zamanı gecikmələrin minimallaşdırılmasına, kağız hesabatlığın istisna edilməsinə, bölmələrin fəaliyyətinin inteqrasiyasına istiqamətli olduqları üçün sistemin səmərəli işinə imkan yaradırlar.

Şəbəkə həllərinin tətbiqi qabaqcıl təcrübənin göstəricisidir

Məlumat mübadiləsi vahid şəbəkəsinin işə salınması, informasiya təhlükəsizliyi problemi ilə ayrılmaz şəkildə bağlıdır. “Caspel” şirkətinin fəaliyyəti müştəri tərəfindən seçilmiş layihənin mühafizəsi üçün kompleks həllin tapılmasını nəzərdə tutur.

Yüksəkeffektivli servisin zəmanətləri aşağıdakıların mövcud olmasıdır:

  • tam informasiya təhlükəsizliyi;
  • məlumatların konfidensiallığı;
  • dəyər kəsb edən resurslara əlçatarlığın məhdudlaşdırılması;
  • sistemdəki dəyişikliklərə nəzarət;
  • risklərin və ya iş pozuntularının mümkünlüyü barədə xəbərdarlıq.

“Network Solutions” həllində işlərin aparılmasına olan istiqamətlilik, əməliyyatların aparılması prosesini əhəmiyyətli dərəcədə optimallaşdırmağa, həmçinin bankın bütün filiallarının fəaliyyəti üzərində tam nəzarət bərqərar etməyə imkan verir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı