Elektrik enerjisi üzrə effekiv xərclər

Biznesinizə enerjiyə qənaət sistemlərinin tətbiq edilməsi, vəsaitlərin daha da effektiv şəkildə bölüşdürülməsinə və elektrik cərəyanı şəbəkəsində baş verən sıçrayışlardan kompüter texnikasını qorumağa imkan verir. Praktika göstərmişdir ki, enerjiyə qənaət işıq mənbələrindən istifadə və onların yerində tətbiqi elektrik enerjisinə çəkilən xərcləri 15-30% azaldır. Məsələyə sistemli yanaşma isə qənaəti 50% və daha da çox edə bilir. Əlbəttə ki, bu biznesinizin ixtisaslaşması və orada tətbiq olunan texnologiyalardan aılıdır.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Enerjiə qənaət sistemlərindən istifədə - Sizin biznesinizin xərclərinin optimallaşdırılmasının effektiv yollarından biridir. Belə sistemlər elektrik cərəyanından istifadə xərclərini azaltmaqla yanaşı, enerji sərfiyyatını da optimallaşdırmağa imkan verir. “Caspel” şirkəti tərəfindən işlənib hazırlanmış sistem avadanlığa və şəbəkəyə verilməsi planlaşdırılan yükləmələri düzgün hesablamağa və uzun müddət yüklənməyən sistemləri isə məsafədən cərəyandan ayırmağa imkan verir.

Təklif etdiyimiz həllərin tətbiqi Sizə aşağıdakı üstünlükləri verəcəkdir:

  • elektrik enerjisi istehlakını yarıbayarı azaltmağa;
  • elektrik cihazlarının istismar müddətlərini əhəmiyyətli dərəcədə uzatmağa;
  • elektrik cərayanı təminatını stabilləşdirməyə və dəqiq elektronika üşün məhvedici olan cərəyan sıçrayışlarından əlavə mühafizə olunmağa;
  • cərəyan sıçrayışlarından zərər çəkmiş texnikanın təmirinə və nəticədə məlumatların bərpasına çəkilməli olan xərclərdən qaçınmağa;
  • biznes fəaliyyətinin ekoloji təmizliyini artırmağa.

Sistemin başlıca ünsürləri beynəlxalq sertifikatlaşma keçmiş enerjiyə qənaət avadanlıqlarıdır. Ofis və anbar otaqları üçün ən yaxşı effekt elektrik enerjisi istifadə edən cihazların “ağıllı” idarəedilməsinin tətbiqilə əldə edilir.

Biz Sizin elektrik enerjisinə çəkdiyiniz xərcləri aşağıdakı sistemləri tətbiq edərək rasionallaşdırmaq imkanlarımız vardır:

  • işıq-diodlu işıqlandırma mənbələri;
  • adət etdiyimiz elektrik açarlarının əvəzinə təyin edilmiş vaxtdan sonra lampaları söndürən dimmer və kontrollerlərin tətbiqi;
  • əməkdaşların daimi orada olmaqlarını nəzərdə tutmayan otaqlarda hərəkət vericilərinin quraşdırılması;
  • qış mövsümü zamanı ətraf mühitin soyuq havası hesabına hesablama güclərini soyutmağa imkan verən məlumatların işlənməsi mərkəzi (MİM – Data Center) üçün “free cooling” soyutma sistemlərinin tətbiqi;
  • biznesi istehlak etdiyi elektrik enerjisini optimallaşdıran proqram və aparat həllərinin tətbiqi.

Enerjiyə qənaət sistemləri konkret biznesin spesifikası, mövcud elektrik şəbəkələri və istehsal sahəsində istifadə olunan avadanlıqların enerji ehtiyacları nəzərə alınmaqla işlənib hazırlanır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı