Aparat həllərin təsirli optimallaşdırılması

Aparat həllərin optimallaşdırılması – konkret olaraq Sizin biznesinizə uyğun hazırlanan tədbirlər kompleksidir. O, müəssisəsin şəbəkəsini daha etibarlı və təhlükəsiz edərək, onun işini daha da sadələşdirməyə hesablanmışdır.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Bizim bu sahədə olan böyük iş təcrübəmiz miqyasından və mürəkkəblik dərəcəsindən asılı olmayaraq hər hansı bir IT-şəbəkəsini önəmli şəkildə optimallaşdırmağa imkan verir. Bu xidmət paketinə aşağıdakılar daxildir:

  • infrastrukturun cari vəziyyətinin ekspert qiymətləndirilməsi:
  • apparat həllərin optimallaşdırılması konsepsiyasının işlənib hazırlanması;
  • texniki tapşırığın hazırlanması və onun sifarişçi ilə razılaşdırılması;
  • işlərin müqavilədə göstərilmiş həcmdə və müddətdə yerinə yetirilməsi.

Aparat həllərinə münasibətdə təklif etdiyimiz yanaşma ümumi şəbəkəyə və avadanlığa düşən yükü optimallaşdırmağa imkan verir. Bu isə müəssisənin IT-strukturuna çəkilən xərclərini azaldaraq nəticədə yaranmış azad vəsaiti biznesin inkişafına yönəldilməsinə şərait yaradır. Aparat həllərinin şirkətimiz tərəfindən hazırlanmış quruluş alqoritmi hesablama və şəbəkə güclərinə düşən yükün onların ən pik yüklənmə vaxtının bölüşdürülməsi yolu ilə azaldılmasına gətirib çıxarır.

Belə yanaşma şəbəkədə olan qurğuların qarşılıqlı təsirini əhəmiyyətli dərəcədə sadələşdirir. Məsələn, uzaqlaşdırılmış terminalların proqram təminatlarını əvvəlcədən müəyyən edilmiş vaxta – adətən, gecə saat 00:00 – 04:00 arası, yəni şəbəkə və server ən aşağı yüklənən zaman – sistemdə olan qurğular rahat qarşılıqlı münasibətdə olurlar.

Sizin biznesinizin qarşısında olan məsələlərin optimallaşdırılması

Aparat həllərinin ümumi optimallaşdırılmasından başqa biz dar ixtisaslı biznes şəbəkələrinin də təkmilləşdirilməsi üzrə işləri yüksək səviyyədə təşkil edirik. Sizin gündəlik həll etməli məsələlərdən asılı olaraq biz aşağıdakı problemlərin həllinə yönəli tədbirlər hazırlayırıq:

  • kiçik və orta biznes üçün ofis şəbəkələrinin işinin təkmilləşdirilməsi;
  • mərəkəzi məlumatların saxlanması sisteminin işinin optimallaşdırılması;
  • rezerv surətçıxarmanın sadələşdirilməsi və məlumatların saxlanmasının etibarlılığının artırılması;
  • informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi;
  • IP-telefoniya üçün həllərin optimallaşdırlmsı.

Optimallaşdırma ilə bağlı tədbirlərin işlənib hazırlanması zamanı Sizin korporativ standartlar, fərdi tələbatlar və arzular, informasiya şəbəkələrinin quruluş xüsusiyyətləri, aparat həllər yerləşdirilmiş otaqların spesifikası mütləq nəzərə alınır.

Bazarın bu seqmentində bizim məsuliyyətli professional yanaşmamız və böyük iş təcrübəmiz Sizin biznesinizə qarşısına qoyduğu məqsədlərə müəyyən edilmiş müddətlərdə və sistemin iş fəaliyyətini pozmadan çatmağa zəmanət verir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı