ERP sistemi vasitəsilə kadrların idarə edilməsi

ERP sisteminin tətbiqi, kadrlar şöbəsinin işinin tam avtomatlaşdırılmasını təmin edir ki, bu da şirkətdə çalışan personal barədə məlumatların axtarışı, qruplaşdırılması və korrektə edilməsi proseslərini əhəmiyyətli dərəcədə sürətləndirir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

ERP texnologiyasının kadrların seçilməsinə məsul olan bölmələrdə, məsələn, kadrlar şöbəsində və mühasıbatlıqda tətbiqi, uçot sənədləşməsinin sadələşdirilməsinə və əməkdaş bazasına vəzifəli şəxslər tərəfindən nəzarət edilməsinə imkan yaradır.

Sistemin fərqləndirici xüsusiyyəti müəssisənin insan resursları barədə bütün məlumatlarının sistemləşdirilməsindədir. Bu zaman hər bir əməkdaş üzrə ayrıca kart aparılır. Kartda aşağıdakı məlumatlar əks oluna bilər:

  • fərdi məlumatlar – buraya kadr uçotunun standart forması daxildir. Yəni kartda əməkdaşın yaşayış ünvanı, ailə tərkibi, sağlamlıq vəziyyəti, əlillik dərəcəsi, pensiya yaşı, fotoşəkli və digər məlumatlar öz əksini tapır;
  • professional nailiyyətlər - əməkdaşın təhsili, ixtisası, təcrübəsi, vərdişləri, əvvəlki iş yerləri, bildiyi xarici dillər, mükafatları, elmi işləri və sairə barədə məlumatlardan ibarətdir;
  • əmək qrafiki – məzuniyyətlər, məzuniyyətlərdən istifadə dövrləri və ondan plandankənar qayıtmalar, ezamiyyətlər, əmək intizamının pozma halları, əmək haqqına əlavələr, premiyalar, zərəlilik siyahısı ilə iş stajı və s. və i. barədə məlumatlar.

ERP sisteminin qurulması personal barədə bazaların idarəedilməsi və təhlil məlumatlarının toplanması işini sadələşdirir, şöbələr və personalın imkanlarının idarəedilməsi arasında qarşılıqlı rabitə nöqtələrinin yaradılmasını təmin edir.

Kadrlar uçotunda ERP sisteminin imkanları

ERP sistemi resurslara əlçatarlığın sazlanması imkanı ilə çox böyük həcmli informasiya blokunu qoruyub saxlayır. Beləliklə, kadrlar bazası işinin aparılması, yalnız müvafiq səlahiyyətlər verilmiş personal tərəfindən aparılır.

Sistemin işə salınması ilə aşağıdakı imkanlar yaranır:

  • kadrlar şöbəsinin işinin sadələşdirilməsi;
  • hər bir əməkdaş barədə olan məlumatların vahid bazada sistemləşdirilməsi;
  • məlumatların və ya onların hissələrinin itirilməsi ehtimallarının istisna edilməsi;
  • personalın inkişaf tarixçəsinin aparılması;
  • hər bir əməkdaşın fəaliyyətinə nəzarət edilməsi;
  • real vaxt rejimində kadr tərkibinin statistikasının aparılması;
  • hər hansı bir dəyişikliyin ani şəkildə bazaya daxil edilməsi.

Bununla da əmək və maliyyə resursları barədə məlumatların sıx inteqrasiyası təmin edilir ki, bu da müəssisənin fəaliyyətinə və pul kütlələrinin hərəkətinə nəzarət etməyə imkan yaradır.

“Caspel” şirkəti özü ERP sisteminin hazırlanması ilə məşğul olur. Nəticədə isə lazım olmayan funksiyaları söndürüb, aktual funksiyaları isə əlavə etməklə, sistemi konkret müəssisənin fəaliyyət xüsusisyyətlərinə görə sazlamaq imkanı əldə edilir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı