Kadrların idarə olunması

Kadrların idarə edilməsinin avtomatlaşdırılmış sisteminin modulu kadr işçilərinin və mühasiblərin işinin optimallaşdırılmasının təsirli aləti kimi işlənib hazırlanmışdır. Bu modul, kadrlar şöbəsinin sənədləşmə dövriyyəsinin sadələşdirilməsi ilə yanaşı həmçinin, müəssisənizin işçi heyəti barədə məlumatları toplamağa və təhlil etməyə imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Kadrların idarə edilməsi sistemindən istifadə edilməsi Sizin mütəxəssislərə əməkdaşların şəxsi vərəqələrinin aparılması üçün aşağıdakı bölmələri əlavə etməyə imkan verəcəkdir:

  • kadrların uçotunun standart forması üzrə daxil edilən əsas məlumat;
  • təhsil haqqında, yenidən hazırlıq və ixtisasartırma kurslarının keçməsi barədə məlumatlar;
  • xarici dil bilgiləri və səviyyəsi haqqında məlumatlar;
  • ailə vəziyyəti və ailə tərkibi məlumatları;
  • əməkdaşların müəssisə daxilində təyinatı və yerdəyişmələri barədə məlumatlar;
  • məzuniyyətlərdən istifadə və təsdiq edilmiş qrafikə riayət olunması barədə icmal məlumat;
  • əməkdaşların aldığı mükafatlar, hədiyyələr və fəxri adlar barədə məlumatlar;
  • əməkdaşlar tərəfindən yazılmış və nəşr edilmiş elmi işlər barədə məlumatlar;
  • müəssisədə çalışan güzəşt hüququ olan işçilər barədə məlumatlar;
  • müəssisə personalının yaşayış şəraiti barədə məlumatlar;
  • hərbi mükəlləfiyyət idarələri ilə qarşılıqlı əlaqəni sadələşdirən hərbi uçot və sairə bu qəbildən olan informasiyalar barədə məlumat;
  • əməkdaşlar tərəfindən əmək intizamının pozulması, aldıqları tənbehlər və cərimələr barədə məlumatlar.

Bütün bu sadalanan sahələr hər bir müştərinin sifarişinə uyğun formada rahat şəkildə sazlanır. Qrafik faylların da mətn məlumatları kimi saxlanması imkanlarının mövcudluğu nəticəsində verilmiş parametrlər üzrə məlumatların sadə çeşidlənməsi ilə kadrların idarə edilməsinin alternativ vasitəsi əldə edilir.

“Caspel” şirkəti tərəfindən təqdim edilən həllərin üstünlükləri

İşçi heyətin idarə edilməsinin tərəfimizdən təklif edilən kompleks sistemi Sizin biznesinizin kadrlar şöbəsinin (HR) vahid konsepsiyasının hazırlanması və yerinə yetirilməsi üçün təsirli metoddur. Belə konsepsiya – müəssisənin dinamik inkişafının, onun bölmələrində yaranan meyllərin vaxtında müəyyən edilməsinin, həmçinin kadrlar şöbəsinə və mühasibatlığa düşən yükün azaldılmasının təminatıdır.

Təklif etdiyimiz həllin əsas üstün cəhəti – “Caspel” şirkətinin IT mütəxəssisləri tərəfindən hazırlanmış əməkdaşın effektivliyinin (KPI) başlıca göstəricilərinin müəyyən edilməsi unikal sistemidir. Bu sistemdə müəssisənizin hər bir əməkdaşının effektivlik inkişafı rəqəmsal və qrafik formatda əks olunur. Əks olunan format şəkildə başadüşüləndir və işçi heyətin idarə olunmasının məhsuldarlığını artırmağa kömək edən təsirli alətdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı