MİM-in yüksəkdəqiqilikli kondisionerləşdirilməsinin təmin edilməsi

Məlumatların işlənmə mərkəzləri (MİM) – avtomatik rejimdə işləyən və biznes-proseslərin stabil işi üçün zəruri olan informasiya mübadiləsinə xidmət edən imtinayadavamlı komplekslərdir. Bu mərkəzləri fərqləndirən əsas xüsusiyyətlər – göstərdikləri xidmət kompleksi və avadanlığın məhsuldarlıq göstəricisidir. Hesablama güclərinin sutkanın 24 saatı ərzində işləməsi səbəbindən MİM-lərin istilik ayırma effekti o qədər böyükdür ki, sistemin stabil işi üçün onun yerləşdiyi otaqların kondisionerləşdirmə sistemləri ilə təchiz edilməsi zəruridir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti bununla bağlı aşağıdakı təklifləri irəli sürür:

  • server otaqlarının soyudulması sahəsində etibarlılıq və məhsuldarlıq baxımından istehlakçılar arasında çox yüksək rəy yaratmış "Climaveneta" və "Uniflair" şirkətlərinin əsaslandırılmış qiymətlərlə məhsulları. "Caspel"in bu məhsullara təklif etdiyi qiymətlərin aşağı olması onun dilerlərdən və ikinci əl satıcılardan dolayı istehsalçı ilə birbaşa əməkdaşlığı ilə şərtlənir;
  • hər hansı mürəkkəblik dərəcəsi olan layihələrin hazırlanması və həyata keçirilməsi. "Caspel"in gördüyü bütün işlər presizion (dəqiq) kondisionerləşdirmə üzərində qurulmuş sistemlərlə iş üzrə çoxillik təcrübəsi olan mütəxəssislər tərəfindən aparılır;
  • presizion (dəqiq) kondisionerləşdirməsistemləri üçün təmir işləri, ehtiyat hissələrinin alınması və quraşdırılması da daxil olmaqla, zəmanətdənsonrakı texniki xidmətli professional quraşdırma və servis xidmətlərinin göstərilməsi.

Məlum olduğu kimi, informasiyanın işlənməsi sürətinə olan tələb daima artmaqdadır. Bunun nəticəsi olaraq, məlumatları işləyən texnikanın da yüklənməsi getdikcə daha çox artır. Ona görə də bazarın MİM-lərin soyutma avadanlıqları seqmentində daim yeni temperatur və soyutmaya nəzarət texnologiyaları meydana çıxır. Avadanlığın gücünün artması perspektivlərini nəzərə almaq üçün mütəxəssislər texnikanın maksimal yüklənməsi hesablanır.

MİM hər gün nəhəng informasiya axını ilə işləyən ən mühüm və perspektiv IT-obyektlərdən biri olduğundan burada avadanlığın yüksək imtinayadavamlılığının təmin edilməsi kritik əhəmiyyət daşıyır. Belə ki, MİM-in servisi və fasiləsiz elektrik enerjisi ilə təminatı ilə birlikdə onun keyfiyyətli kondisionerləşdirilməsi - bu avadanlıqların stabil işinin əsasıdır.

Bütün yuxarıda sadalanan faktorları MİM-in layihələndirilməsi, planlaşdırılması və hesablama gücləri üçün otaqların hazırlanması mərhələsində nəzərə almaq lazımdır. Bu zaman bazarın yüksələn tələbatı və informasiya axınının gücünün artma perspektivlərini və nəticə olaraq soyutma sisteminə olan tələbləri da yaddan çıxarmaq olmaz.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı