Məhsullar

IT-şirkətin fəaliyyətinin məqsədi, onun əsas biznes istiqamətlərinin informasiya dəstəyi ilə biznes-risklərinin minimallaşdırılmasına çalışaraq IT-sistemin inkişaf strategiyasının müəyyən edilməsidir.

Bu zaman, biznes-proseslərin avtomatlaşdırlması rəqabətli üstünlüklərin yaradılması və müəssisənin idarəedilməsinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına yönələn bir alətə çevrilir. Düzgün tərzdə qurulmuş IT-strtegiya isə biznesin dəyərinin və onun investisiya cəlbediciliyinin yüksəlməsini şərtləndirir.

Yaradılan informasiya platforması aşağıdakı bir-neçə tələbə cavab verməlidir:

  • standartlaşma – yəni, sistemin müxtəlif komponentlərinin uyğunluğu və onların informasiya təhlükəsizliyi tələblərinə dəqiq riayət etməsi;
  • miqyaslaşma – yəni, şirkətin artan tələbatlarının nəzərə alınması imkanı;
  • çeviklik – sistem daxili biznes-proseslərin və ətraf mühitin dəyişiklikləri zaman rahat şəkildə yenidən qurula bilməlidir;
  • müstəqillik – xüsusi olaraq proqramçılar ştatının saxlanmasına ehtiyac olmamaılıdır, sifarişçi həll istehsalçılarından asılı vəziyyətdə qalmamalıdır;
  • iqtisadi səmərəlik.

Şirkətin biznes-proseslərinin avtomatlaşdırlması aşağıdakı mərhələlərdən ibarət olur:

  • hazırlıq mərhələsi;
  • müəssisədə gedən bütün biznes-proseslərin öyrənilməsi, təhlili və sistemləşdirilməsi mərhələləri;
  • şirkətin idarəedilməsi prinsiplərinin təhlili və mükəmməlləşdirilməsi mərhələsi.

Biznesin uğurlu avtomatlaşdırılmasını həyata keçirmək üçün aşağıdakə bəzi əlavə şərtlərin də yerinə yetirilməsi zəruridir:

  • layihələrin idarəedilməsi məsələsində ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupun mövcudluğu;
  • müəssisə rəhbərliyi tərəfindən biznesin məqsədlərinə çatmaq üçün informasiya texnologiyalarının əhəmiyyətliliyinin dəstəklənməsi;
  • əməkdaşların və menecerlərin öz vaxtlarını əməyin təşkilinin yeni forma və metodlarının öyrənilməsinə ayırmalarına hazır olmaları.
yuxarı