Layihələrin idarəedilməsi

Layihələrin yaradılması - şirkətlərin strateji istiqamətlərindən biridir. Bir qayda olaraq, bu proses zamanı fəaliyyət sferasına və ümumi strategiyaya münasib olan məqsədlərə çatmaq üçün əmək və resurs potensialına çəkilən xərclərin artması müşahidə olunur.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Ayrıca götürülmüş bir layihənin və yaxud layihələr qrupunun savadlı təşkil edilmiş idarəedilməsi, müəssisənin uğurlu fəaliyyətinə təsir göstərən mühüm amillərdən biridir. Bunun üçün layihələrin aparılmasının ümumi qayda və standartlarının registrinin yaradılması zəruridir. Bu registr layihələrin idarəedilməsinin korporativ standartını təşkil edəcəkdir.

Korporativ standartların hazırlanmasının əsası, beynəlxalq standartlara uyğun olaraq zaman-zaman sistemləşdirilən, uyğunlaşdırılan və əlavələr edilən hazırda qüvvədə olan normativlərdir.

Layihələrin idarəedilməsi üçün IT-həllər

Layihələrin aparılması onun iştirakçılarının ağır zəhməti və böyük vaxt itkisi hesabına başa gəlir. Amma, layihələrin idarəedilməsinin informasiya sistemi isə şirkətin həm intellektual, həm də vaxt sərfiyyatının azaldılmasına yardım edir. Layihələrin idarəedilməsində müsbət nəticələr aşağıdakı amillərin mövcudluğu hesabına əldə edilir:

  • layihələr üzərində nəzarətin avtomatlaşdırılması;
  • layihə iştirakçıları arasında effektiv rabitənin təşkili;
  • hərəkətlərin ümumi vasitələr və metodlarla həyata keçirilməsi;
  • hesabatların avtomatik qaydada yaradılması;
  • layihə proseslərinin nəticələrinin və aspektlərinin qrafik təsvirlərinin əldə edilməsi.

Tətbiq dövrü

Layihələrin idarəeilməsində "Caspel"in təklif etdiyi həll işin artıq ilkin mərhələsində müsbət nəticələr göstərməyə başlayır. Bu həllin köməyi ilə layihələrin yaradılması prosesinin aşağıdakı məqamlarına nəzarət etmək və onları yoxlamaq olar:

  1. Layihəyə ayrılmış vaxt və vəsait;
  2. Kadr resurslarının yüklülük dərəcəsi və material xırclıri;
  3. Mümkün risklər və zəif nöqtələr"";
  4. Daxili departamentlər və kontragentlərlə əlaqə.
Bu

amillərin icmalı layihələrin yaradılması prosesini məhsuldar şəkildə təşkil etməyə, yaranan dəyişiklikləri anındaca izləməyə və münasib strateji qərarlar qəbul etməyə imkan verir.

Sistemin müəssisədə hazırda mövcud olan infrastruktura inteqrasiyası üçün 1-3 ay vaxt lazımdır. İrimiqyaslı layihələrdə isə bu vaxt 6 aya qədər uzana bilir. Təbii ki, hər şey müəssisənin konkret vəziyyətindən və fəaliyyət sahəsindən asılıdır. Layihələrin idarəeilməsi həlli orta hesabla 9 ay ərzində ona çəkilən xərcləri ödəyir.

"Caspel" şirkətinin bu həll təklifinə, sistemin tətbiqinin ilkin mərhələsində hamısı zəruri olmayan modullar da daxildirlər. Tədricən, layihə idarəedilməsi səviyyəsi yüksəldikcə, oraya yeni seqmentlərin əlavə edilməsinə ehtiyac yaranmağa başlayacaqdır. Beləliklə, bir neçə il ərzində sistem tam funksionallığını işə salacaqdır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı