“Caspel” tərəfindən həyata keçirilən layihələr

“Caspel” şirkəti inkişafının bir neçə prioritet istiqamətini müəyyən etmişdir. “Caspel” heç zaman yerində dayanmır, o daima irəli getməkdədir. Məsələn, hal-hazırda şirkətimizin mütəxəssisləri 3 yeni layihə üzərində çalışır və onları tətbiq etmək niyyətindədirlər:

  • startaplarla əməkdaşlıq;
  • şəxsi IPTV həllinin işə salınması və inkişafı;
  • fibro-optik və ADSL şəbəkələrinin xüsusi şəxslərin cəlb edilməsi ilə genişləndirilməsi.

Bu gün qeyd edilmiş bu layihələr şirkət üçün ən böyük əhəmiyyət daşıyır. Çünki, bu layihələr vasitəsilə “Caspel” bu vaxta qədər fəaliyyət göstərdiyi sırf korporativ biznes sahəsindən çıxıb bir az da genişlənərək riteylə - yəni, son istehlakçıya xidmət göstərənə çevrilir.

Təbii ki, ayrı-ayrı fərdi şəxslərin də biznes sahəsi kimi keyfiyyətli IT-məhsullara tələbatları vardır. “Caspel” müasir informasiya texnologiyalarını geniş kütlələr içərisinə irəli apararaq kiçik və çox kiçik biznesə və fiziki şəxslərə tərəf addım atır.

Startap-ekspertiza

“Caspel” şirkəti IT sahəsi ilə əlaqəli olan startaplara əməkdaşlıq təklif edir. Əgər Sizin hansısa bir ideyanız var, lakin bu ideyanın nə qədər həyat qabiliyyətli olmasını və necə həyata keçirilməsini bilmirsinizsə, bu sahədə müvafiq təcrübəyə və ya təhsilə malik deyilsinizsə, investisiyaya, texniki və ya proqram güclərinə ehtiyacınız varsa – “Caspel”in əməkdaşları Sizin layihənin ekspertizasını keçirər və onu kənardan qiymətləndirərlər.

Layihənizin müsbət və mənfi cəhətlərinin sərbəst şəkildə qiymətləndirilməsi Sizə başladığınız işin rentabelliyini müəyyənləşdirməyə kömək edəcəkdir.

Hətta qarşılıqlı maraqlara riayət etməklə startaplara kapital qoyuluşlarının həyata keçirilməsi də mümkündür.

IPTV-nin işə salınması və inkişafı

“Caspel” şirkətinin digər prioritet layihəsi – IPTV texnologiyası əsasında öz televiziyasının – “ClipTv”-nin inkişafıdır. “Caspel” öz televiziyasının yayımını işə salmaqla sanki son istehlakçıya qarşı addım atmış olmuşdur. Bu sahədə şirkətin aşağıdakı istiqamətləri nəzərdə tutulmuşdur:

  • rabitənin yüksək keyfiyyəti;
  • proqram şəbəkəsinin geniş seçimi – tədris, xəbər və s. kanallar;
  • mümkün qədər böyük sahəni yayımla əhatə edilməsi.

Fibro-optik və ADSL şəbəkələrin genişləndirilməsi

“Caspel” şirkəti yüksək keyfiyyətli rabitəni biznes və xüsusi şəxslər üçün əlçatar etmək üçün öz şəbəkələrini genişləndirir. Optik-lif və ADSL qoşulmaları müxtəlif məqsədlərə xidmət edir. Ötürülən-qəbuledilən məlumatların sürəti və həcminə olan tələbatdan asılı olaraq müştərilər bu qoşulmalardan özləri üçün zəruri olanını seçə bilir.

Qoşulmaların əlçatarlığı, rabitənin yaxşı keyfiyyəti, pozuntuların olmaması – budur bizim prioritetlər!

“Caspel” şirkəti bütün layihələrin həyata keçirilməsi zamanı iri bir korporasiya və ya tək bir fiziki şəxs olmasından asılı olmayaraq bütün müştərilərinə ən maksimal rahatlıqları təqdim etmək istəyir.

yuxarı