Virtual infrastrukturun mühafizəsi

“Caspel” şirkətinin təqdim etdiyi mühafizə texnologiyaları, informasiya təhlükəsizliyi üçün aktual olan risklərin baş vermə ehtimallarını azaltmağa, “VMware” virtuallaşma mühitindəki təhlükə səviyyəsini minimallaşdırmağa imkan verir. Mühafizə xidmətinin göstərilməsi həm də IT-resurslardan istifadənin optimallaşdırılmasına, inzibati xərclərin azaldılmasına gətirib çıxaracaqdır.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Texnologiyanın təsir istiqamətləri:

  • işçi stansiyaların proteksiyası (müdafiəsi);
  • müəssisənin serverlərinin mühafizəsi;
  • infrastruktura təkbaşına nəzarətin həyata keçirilməsi;
  • virtual maşınların təhlükəsizliyi;
  • quraşdırılan proqram təminatına nəzarət;
  • məlumat bazasının, faylların toxunulmazlığının nəzarətdə saxlanılması.

Lisenziyalı proqram təminatı və ixtisaslı idarəetmənin köməyi ilə, hər bir kompüter arxasında nəzarətçi əyləşdirməyə ehtiyac yaranmadan, virtual infrastruktur tam şəkildə qorunmuş olacaqdır. Bununla bərabər olaraq icazəsiz surətçıxarma, məlumatların dəyişdirilməsi və digər problemlər də həll edilmiş olacaqdır.

Virtual infrastruktura əlçatarlığa nəzarət

Müəssisənin xidməti personalı arasında imkanların bölüşdürülməsi, IT-infrastrukturun daxilində cərəyan edən proseslərə ən yüksək səviyyəli nəzarəti təyin etməyə və IT-resursların kənar müdaxilələrdən müdafiəsini təmin etməyə imkan verir.

Funksiya aşağıdakıları nəzərdə tutur:

  • virtual infrastrukturun administratorları üçün əlçatarlığın hüdudlarının müəyyən edilməsini;
  • informasiya təhlükəsizliyi administratorları üçün əlçatarlığın bölünməsini;
  • təqdim olunmuş imkanlara nəzarəti.

Virtual infrastruktura administratorlar tərəfindən dəyişikliklərin edilməsinə qarşı yüksəksəviyyəli mühafizənin təmin edilməsi isə informasiya təhlükəsizliyi üçün təhdidlərin yaranması ehtimalını istisna etməyə imkan verəcəkdir.

İnfrastruktur daxilində qarşılıqlı əlaqələrə nəzarət

İnfrastrukturdakı daxili əlaqələr səviyyəsində təhlükəsizliyin təmin edilməsi, yalnız cərəyan edən prosesləri tam nəzarətdə saxlamaqla mümkündür. Bu, virtual platforma və son nöqtələr səviyyəsində işləyən texniki vasitələrin cəlb edilməsi ilə əldə edilir.

Təqdim edilən metodun üstünlükləri aşağıdakılardır:

  • şəbəkələrarası ekranlaşmanın təmin edilməsi;
  • kənar müdaxilənin tam nəzarətdə saxlanması;
  • sistemə hücum ehtimallarının hesablanması və onların qarşısının alınması;
  • son nöqtələrin antivirus proteksiyası (mühafizəsi).

Təqdim olunan belə texnologiyaların seçilməsinə üstünlüyün verilməsinin səbəblərindən biri də proqram agentlərinin sistemə daxil edilməsinin lüzumsuzluğudur. Bunun əvəzində isə virtual maşınların yerləşdirilmə sıxlığı artırıla bilər.

Virtual maşınların məlumatlarının qorunması

Virtual maşınların məlumatlarının mühafizə olunmasına imkan verən əsas metod – şifrələmə vasitələrindən istifadə edilməsidir. Şifrələmə texnologiyasının tətbiqi, məlumatlara əlçatarlığın məhdudlaşdırılması yolu ilə IT-infrastrukturun daxilində informasiya təhlükəsizliyinə təhdidlərin yaranma ehtimalının minimallaşdırılmasını təmin edir.

Virtual maşınların “özgə” (icarəyə götürülmüş) məlumatların işlənməsi mərkəzlərinin (MİM) hesablama resurslarında yerləşdirilməsi halında isə belə texnologiyanın tətbiqi xüsusilə aktuallaşır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı