Elektron növbələr sistemləri

Elektron növbə - gələnlərin qəbulu prosesini sürətləndirməyə imkan verən proqram həlldir. Sistemin əsas məqsədləri – gələnlərin axınının təşkili, onların istədikləri şöbələrə yönəldilməsi, qonaqlara mövcud xidmətlər, onların göstərilməsi müddətləri və s. barədə məlumatların təqdim edilməsi və sairədir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Elektron növbə sistemi həm dövlət qurumlarında, həm də xüsusi strukturlarda ümumilikdə vaxtın çatmaması problemini həll edir, müəssisənin xərclərinə qənaət edir və müştərilərə xidmət prosesini sadələşdirir.

  • Banklar və maliyyə idarələri;
  • Sosial strukturlar (vergilər idarəsi, sosial müdafiə fondu və məşgulluq mərkəzləri);
  • Mobil rabitə operatorları;
  • Avtomobil salonları və servisləri;
  • Hüquq və notarial kontorları;
  • Səhiyyə idarələri;
  • Daima çoxlu sayda insanlara xidmət göstərən hər hansı təşkilatlar.

Sistem nədən ibarətdir?

Elektron növbələrinin tam sistemləri, gələnlər (qonaqlar) və onlara xidmət göstərən personal arasında qarşılıqlı əlaqəni təşkil etmək üçün nəzərdə tutulmuş bir neçə moduldan qurulur.

  1. Talonların qeydiyyatı və verilməsi pultu. Bu qurğunun köməyi ilə müştərilər xidməti seçir və növbədə olan nömrələrini alırlar. Talon alınmasından başqa pultda sorgu məlumatı almaq və xidmətin keyfiyyəti barədə rəy qoymaq mümkündür;
  2. Operatorun pultu. Operatorun pultunda növbələrin sıra nömrəsi əks olunur. Onun köməyi ilə növbədə olan insanı hal-hazırda boş olan mütəxəssisə tərəf yönəltmək və xidməti başa çatdırmaq olur;
  3. Baş ekran. Baş ekranda növbənin hərəkət prosesi və sonuncu müştərilərinin siyahıları əks olunur. Ekran özü isə gözləmə zalında quraşdırılır.

Əsas komponentlərdən başqa sistemdə həmçinin səs xəbərdarlığı, sms-bildiriş, personalın işinin keyfiyyətinin nəzarəti və qiymətləndirilməsi, videomüşahidə, statistika və naviqasiya modulları da ola bilərlər.

Elektron növbə sistemində “Caspel” şirkəti özünün hazırladığı məhsulu təqdim edir. Elə buna görə də sistemdə bu və ya digər tərkib hissələrinin olmağı fərdidir. Onlara zərurət biznesin sahəsindən, nəzərdə tutulan müştəri axınının böyüklüyündən, sifarişçinin şəxsi arzularından asılı olaraq formalaşır.

Ümumilikdə götürüldükdə, elektron növbə sistemi, vətəndaşların düzgün və strukturlaşmış şəkildə qəbulunu təşkil etməyə kömək edir. Bu isə öz növbəsində personala düşən yükü azaldır, onun işinin məhsuldarlığını artırır. Müştərilər üçün isə bu sistem həm də ona görə rahatdır ki, adi “canlı” növbələr üçün ənənəvi olan psixoloji təzyiq amili qat-qat azalmış olur. Müəssisələrin şöbələrinin rəhbərləri isə istədikləri an xidmətin statistikası ilə tanış olmaq, əməkdaşların məhsuldarlığını qiymətləndirmək, hər bir işçiyə düşən fərdi yükü bölüşdürmək imkanları əldə edirlər.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı