Xərclərin azalması

İşin keyfiyyətinə xələl gətirməmək şərtilə xərclərin azaldılması, biznesin inkişafı üçün əlavə resursların azad olunması deməkdir. Müəssisələrin ilk baxışdan kiçik görünən xərclərinin, bir qayda olaraq, tədricən toplanaraq iri məbləğlərdə olan aylıq və illik xərclərə çevrilmə meylləri vardır. Əgər maliyyə vəsaitlərinin hərəkəti izlənsə və kompleks audit keçirilsə, onda xərclərin azaldılması resursundan daha optimal istifadə etmək mümkün olar.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkətinə müraciət etməklə aşağıdakı istiqamətlərdə xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını əldə etmək mümkün olar:

  • IT-mütəxəssislərə çəkilən xərclərə;
  • hesablama güclərinə (serverlərə, iş maşınlarına və s.) çəkilən xərclərə;
  • proqram təminatı və şəbəkələrə, məlumatların saxlanması sistemlərinə çəkilən xərclərə;
  • elektrik enerşisi sərfiyyatına çəkilən xərclərə.

IT-nin optimallaşdırılması

Nəzərə almaq lazımdır ki, hətta informasiya texnologiyaları prioritet istiqaməti olmayan bir şirkətin də IT-bölməsi bir çox hallarda kifayət qədər böyük xərc tələb edir. Bu zaman savadlı və işini bilən mütəxəssis axtarışı asan bir iş olmur, mütəxəssisin olmaması isə biznesə ziyan gətirir.

“Caspel” şirkətinin mütəxəssisləri isə sərf olunan resursları yoxlayar, sadələşdirilə bilən prosesləri avtomatlaşdırar və həmçinin üzərlərinə IT-administrator funksiyalarını götürə bilərlər. Əgər informasiya texnologiyaları Sizə yalnız şirkətinizə xidmət üçün lazımdırsa, onda bu istiqaməti “Caspel”ə autsors üçün verin. Biz şəbəkələrin və proqram təminatının daimi monitorinqini və vaxtlı-vaxtlnda xidmətini təmin edərik.

Hesablama gücləri və proqram təminatı

Heç belə bir sualla özümüzə müraciət etmişikmi ki, antivirus proqram təminatına, məlumatların saxlanması sistemlərinə, əməkdaşlar üçün iş yerlərinin təşkilinə və bütün zəruri ofis proqramlarının quraşdırılmasına şirkətin nə qədər vəsaiti xərclənir?

“Caspel” mütəxəssisləri təhlükəsizliyə və işin sürətinə xələl gəlmədən əlavə xərclərdən necə qaçınmağın yollarını bilirlər. Biz Sİzə güzəştli qiymətlərlə lisenziyalı proqram təminatı əldə etmək məsələsində yardımçı olarıq və həm vaxtınıza, həm də yerinizə və pullarınıza qənaət edən “bulud” həlləri tətbiq edərik.

Fiziki tərkib

Şəbəkələrin optimallaşdırılması labüd şəkildə aşağıdakı müsbətliklərin əldə edilməsinə gətirib çıxaracaqdır:

  • təsir tezliyinin artmasına;
  • təhlükəsizlik səviyyəsinin yüksəlməsinə;
  • təmir və sazlamaya çəkilən xərclərin azalmasına.

Təbii ki, belə bir mühüm işi yalnız professionallara etibar etmək mümkündür. “Caspel”in zəngin portfoliosu isə işin keyfiyyətinə heç bir şübhə yeri qoymur.

Elekrik enerjisi istehlakının diqqətli təhlili, fasiləsiz qidalandırma sistemlərindən və fəlakətədavamlı sistemlərdən istifadə edilməsi, müəssisənin aylıq xərc ödənişlərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Virtuallaşma həlli də qismən elə bu məsələlərin həllinə yönəlmişdir.

Əgər Siz maliyyə resurslarının hərəkətinə tam nəzarət etmək istəyirsinizsə, əgər Siz bilirsinizsə ki, bütün problemlərin kökü işin detallarındadır və əgər Siz bilirsinizsə ki, qəpiyə qənaət – sonda manata qənaət deməkdir – onda, auditin keçirilməsi və müəssisənizin xərclərinin azaldılması üzrə hazır və ya fərdi həllin hazırlanması üçün “Caspel” şirkətinə müraciət edin!

“Caspel”in menecerlərinə +994 12 567 90 90 nömrəli telefonla zəng edin!

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı