Müəssisənin effektiv işi üçün hazır həllər

Böyük və yaxud da kiçik bir restoran işinə başlayarkən aktual məsələlərdən biri də zəruri avadanlığın yerləşdirilməsi işi olacaqdır. Hər bir iaşə obyekti sahibi öz restoranını orijinal və dəbli təşkil edilməsini istəyir. Amma, bu zaman, onun qarşısına terminalların, printerlərin, həmçinin Front, Back və Head ofislərin yerləşdirilməsi kimi maneələr çıxır. Hər bir sahədə olduğu kimi ictimai iaşə sahəsində də uçot və hesabat aparmaq, personalın işini koordinə etmək və ümuni nəzarəti həyata keçirmək tələb olunur. Bütün bu zəruri iş prosesləri çox vaxt və diqqət tələb edir. Lakin nəticədə isə müştərilərə xidmət sürəti azalır ki, bu da onların başqa yerlərə üz tutmaları ilə sonuclana bilər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Yeni personalın təlim məsələsi də nadir olan problemlərdən sayılmır. Belə ki, avtomatlaşdırma üçün bir çox hallarda müxtəlif proqram təminatı və avadanlıq alınması və bunları idarə edə biləcək yeni əməkdaşlara istifadə təliminin keçirilməsinə zərurət yaranır.

"Caspel" şirkəti restoran, kafe və sair bu kimi iaşə obyektlərinin təşkili üzrə bir sıra həllər təklif edir. Bu həllər iaşə obyektinin iş səmərəliliyini, xidmət sürətini və keyfiyyətini artırmasını nəzərdə tutur. "Caspel"in təqdim etdiyi həll, proseslərin avtomatlaşdırılması üçün şirkətimiz tərəfindən işlənib hazırlanmış proqram təminatıdır. Bu proqram təminatı ictimai iaşə müəssisələrinin iş spesifikası nəzərə alınaraq hazırlanmışdır.

"Caspel"in proqram məhsulu aşağıdakı bir sıra məsələni sürətlə və sadə şəkildə həll etməyə kömək edir:

  • müəssisədə bütün iş proseslərini yalnız bir proqram təminatı vasitəsilə nəzarətdə saxlamaq imkanı;
  • xüsusi səy gösrərmədən malların, vəsaitlərin və personalın iş vaxtının sürətli uçotunun aparılması;
  • işin gedişatına müəyyən korrektələr etmək üçün lazım olan təhlili statistik məlumatların toplanması;
  • personal tərəfindən mümkün fırıldaqçılıq və oğurluq hallarından mühafizənin təmin edilməsi.

Siz öz biznesiniz barədə hər bir şeyi biləcəksiniz və hər bir an işin gedişatının statistikası ilə tanış olacaqsınız. Hər bir ərzaq alışı, hər bir sifariş, ofisiantların və digər personalın hər bir hərəkəti hesabatda əks olunacaqdır. Proseslərin avtomatlaşdırılması hesabına Siz işin sürətini və xidmət göstərilən müştərilərinizin sayını artıra biləcəksiniz. Təbii ki, bu, müəssisənizin imicində də müsbət şəkildə özünü göstərəcəkdir.

Beləliklə, "Caspel" şirkəti ilə əməkdaşlıq edərkən Siz aşağıdakıları əldə edə biləcəksiniz:

  • obyektinizin avtomatlaşdırılması üçün proqram;
  • serverlərin sazlanması;
  • POS avadanlıq;
  • bütün mərhələlərdə texniki dəstək;
  • bütün işçiləriniz üçün müfəssəl təlimatlar;
  • daimi yenilənmələr və daha da yaxşılaşdırmalar.

Restoranınızın işinin təşkilinə düzgün yanaşma Sizə resurslara qənaət etməyə, mənfəəti artırmağa və çox tez bir vaxt ərzində uğur qazanmağa imkan verəcəkdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı