Təhlükəsizlik və məlumatlarınıza əlçatarlığın fasiləsizliyi

Biznes-informasiyanın qorunan olması və məlumatlara stabil əlçatarlıq – müəssisənizin IT-strukturunun imtinasız işini müəyyən edən əsas meyarlardır. “Caspel” şirkəti təhlükələri aşkar etməyə, biznesi etibarlı məlumat saxlancları ilə təmin etməyə, informasiyaya əlçatarlığı nəzarət sistemlərini tətbiq etməyə yönəlmiş kompleks həllər təklif edir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Qəzalar və ya bədniyyət insanların bilərəkdən müdaxiləsi hallarında məlumat itkisinə qarşı mühafizənin etibarlılığına əmin olmağa “Caspel”in müvafiq bölməsinin mütəxəssisləri tərəfindən keçirilən ekspert təhlükəsizlik auditi xidməti kömək edəcəkdir.

Keçirilmiş auditin nəticələrinə görə müştərilərimiz məlumatların mühafizə edilmə səviyyəsini artıran tədbirlər üçün tövsiyələr alırlar. Belə tövsiyələrdən bəziləri aşağıdakılardır:

  • dəyişiklik edilməsini izləməyə və statistik məlumatlar toplamağa imkan verən informasiyaya əlçatarlığa nəzarət sistemlərinin tətbiqi;
  • virtual infrastrukturun mühafizə səviyyəsini yüksəltmək üçün müvafiq avadanlığın qoşulması;
  • müəssisənin şəbəkəsinə zərərverici proqram təminatının daxil olmasına mane olan şəbəkədaxili antivirus mühafizəsinin və avadanlığının tətbiqi;
  • rezerv surətçıxarma sistemlərinin yerləşdirilməsi və biznes-informasiyanın saxlanmasının fəlakətədavamlı rezerv mərkəzlərinin yaradılması;
  • fasiləsiz qidalandırma sistemlərinin və server otaqlarının kondisionerləşdirmə avadanlığının quraşdırılması.

İnformasiya təhlükəsizliyinin yüksəldilməsi üçün tədbirlərin kompleks şəkildə keçirilməsi, biznesinizin stabil işi üçün zəruri olan kritik məlumatların toxunulmazlığını təmin edir.

Müəssisələr üçün effektiv fərdi həllər

“Caspel” şirkəti xüsusi və dövlət strukturlarına, maliyyə idarələrinə, kommersiya və istehsal müəssisələrinə audit və məlumatlara təhlükəsiz və fasiləsiz əlçatarlığın təmin edilməsi xidmətləri göstərir.

Əgər Siz aşağıdakı siyahıda göstərilənləri dəyərləndirisinizsə, onda bizə müraciət edin:

  • risklərin qiymətləndirilməsinə professinal yanaşma;
  • məlumat təhlükəsizliyində “dəliklərin” tapılması təcrübəsi yalnız təhlükələrin aradan qaldırılmasına xidmət edirsə;
  • problemi təkcə təsvir etməyən, həm də onun aradan qaldırılması üçün tədbirlər təklif edən müfəssəl konsultasiyalar;
  • professional tərzdə və minimal vaxtlarda həyata keçirilmiş, məlumatların lazımi mühafizə səviyyəsini təmin edən fərdi həllər.

+9 (9412) 567—9090 telefon nömrəsinə zəng etməklə, informasiyaya fasiləsiz qorunan əlçatarlığı təmin etməyə yönəlmiş ekspert auditini və digər tədbirləri sifariş verin!

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı