“Caspel” şirkətinin ixtisaslı servisi

Hətta ən yaxşı texnikanın belə dövri olaraq profilaktik xidmətə və təmirə ehtiyacı yaranır. Problemlər isə texniki pozuntulardan, zərərli proqram təminatlarının hücumlarından, xidmət personalının və ya istifadəçilərin səhv hərəkətlərindən meydana çıxa bilər. Bütün bu hallarda “Caspel” şirkəti avadanlığın iş qabiliyyətinin bərpası üzrə ixtisaslı xidmət göstərməyə hazırdır.

Şirkətin göstərdiyi servis xidmətinin digər vektoru isə zamanın tələblərinə və müştərinin arzularına uyğun olaraq, köhnəlmiş avadanlığın və şəbəkələrin modernləşdirilməsi və yenilənməsidir.

“Caspel”in servis bölməsinin işi bu növdə olan xidmətlərə biznesin başlıca tələblərinin yerinə yetirilməsi üzərində qurulmuşdur. Bu tələblər aşağıdakılardır:

  • işlərin stabil keyfiyyəti. Xidmət avtorizə edilmiş IT-mütəxəssislər tərəfindən keçirilir. Avadanlıqların nasazlıqlarını effektiv tərzdə aradan qaldırmaq üçün onlar “Caspel”in maddi-texniki bazasından istifadə edirlər;
  • avadanlığın iş qabiliyyətinin tez bərpası. Bu, müəssisənin boşdayanmalarını və maliyyə zərərlərini azaldan amillərdən biridir. Bunun üçün istifadə edilən müasir diaqnostika vasitələri operativ şəkildə nasazlığı tapmağa və onu aradan qaldırmağa imkan verir;
  • servis mərkəzinin iş qrafiki. “Caspel”in servis xidməti bütün sutka boyunca, 24/7 rejimində çalışır. Avadanlıqlar, əvvəlcədən razılaşdırılmaqla, hər bir vaxt təmirə qəbul edilir;
  • təmir edilmiş texnikaya zəmanət öhdəliklərinin təqdim olunması. “Caslel”in servis mərkəzində təmir işində orijinal ehtiyat hissələrindən və komplektləşdiricilərdən istifadə edilir. IT-avadanlıqların istehsalçılarının regional nümayəndəlikləri ilə sıx əməkdaşlığı, şirkətə tələb olunan detalların öz anbarında həmin anda olmadığı təqdirdə, ən qısa müddət ərzində əldə etməyə imkan verir.

“Caspel” texnikaya zəmanətli və zəmanətdənsonrakı xidmətlə yanaşı, müxtəlif IT-avadanlığa geniş dəstək xidməti də göstərir.

“Caspel”in servis mərkəzi ilə əməkdaşlığın digər üstünlükləri

“Caspel” şirkəti regionda təmsil olunan bütün mühüm aparat həlləri istehsalçılarının avtorizə edilmiş servis xidmətləri göstərmək prosedurundan keçmişdir. Buna sübut, müvafiq bölmənin mühəndislərinin aldığı sertifikatlaşdırılmış attestatlardır.

Müştərilərin servis xidmətləri almaq ərizələrinin işlənməsinin tezliyi, “Caspel”in özünün hazırladığı “HelpDesk” sistemi vasitəsilə təmin edilir. Ərizələri qəbul edən operatorlar problemin identifikasiya edilməsini asanlaşdıran texniki biliklərə malikdirlər, həmçinin müştərilərlə iş üzrə xüsusi kursları bitirmişlər.

“Caspel” şirkətinin servis mərkəzinin xidmətlərindən istifadə etməklə IT-avadanlığınızın iş qabiliyyətini bərpa edin!

+9 (9412) 567-9090 nömrəsinə zəng edin və biz hər hansı bir xarakterdə olan pozuntuları ən tez bir şəkildə aradan qaldırmaq üçün mümkün ola bilən hər şeyi edəcəyik!

yuxarı