Hər bir problemin həlli

Biznesinizin xidmətində IT-texnologiyalarının olması artıq fantastik bir fikir deyildir!

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti ən yeni informasiya texnologiyalarının köməyi ilə biznesinizdə yaranmış problemlərin həllini təklif edir.

Biz proqram və aparat həllərin vasitəsilə fəaliyyətin ən gözlənilməz sahələrində müxtəlif məsələlərin həllini tapmaq iqtidarındayıq.

“Caspel” hansı problemləri həll edə bilər?

  • yavaş və etibarsız sənəd dövriyyəsi;
  • pis qorunan, zəif müdafiəli informasiya;
  • nizam-intizamın pozulması, israflar, oğurluqlar;
  • böyük elektrik enerjisi sərfiyyatı xərcləri;
  • mühasibatlığın, kadrlar şöbəsinin və s. ətalətliyi və qeyri-məhsuldarlığı.

Əgər Siz biznesinizin vəziyyətindən narazısınızsa - böhran menecerini cəlb etməyə tələsməyin.”Caspel”ə müraciət edin və probleminizi bildirin. Biz təhlil edərik və həll təklif edərik.

Biznesin müxtəlif sahələri üçün fərdi həllər

Bütün biznes sahələri üçün ümumi olan problemlər (sənəd dövriyyəsi, qorunmayan informasiya, zəif nizam-intizam) hazır həllərin sxemlərini təqdim etməyə imkan verir. Lakin “Caspel” şirkətinin mütəxəssisləri bütün həlləri konkret fərdi hala uyğunlaşdırırlar.

Məsələn, zəif əmək nizam-intizamı problemi kompleks yanaşma tələb edir. Burada həm iş vaxtının səmərəli istifadəsinin, həm əmək qrafikinin və rejiminin pozulmasının təhlili lazımdır. Bəzi proqram və aparat həlləri hər bir əməkdaşın qarşısında duran vəzifələrə, telefon danışıqlarına (zəng edilmiş nömrələrin siyahısı ilə) neçə saat sərf etdiyini, həftədə neçə dəfə işə gecikdiyini və ya iş yerində nə qədər ləngiməyini hesablamağa imkan verir. Əlbəttə ki, bu zaman ofis və ya şəbəkədə, stasionar və ya uzaqda olan iş yerlərində işləyənlərə nəzarət müxtəlif olacaqdır.

Problemin təhlilindən sonra biz onun kompleks həllini təklif edəcəyik.

Səmərəliliyin artırılması

Nəzərə alınmalıdır ki, bütün həllər yalnız bir məqsədə - Sizin biznesin səmərələliyinin artırılmasına yönəlməlidir. Bilavasitə işə heç bir aidiyyatı olmaması təəssüratı yaradan, amma əslində isə vura biləcəyi zərərlərin bərpası üçün ciddi şəkildə çalışmaq tələb olunan kifayət qədər optimallaşdırılmamış proseslər.

Problemlərin həlli üçün informasiya texnologiyalarının tətbiqi aşağıdakı üstünlükləri əldə etməyə imkan verəcəkdir:

  • vaxt və resursların qeyri-rasional sərfiyyatının müəyyən edilməsi;
  • resursların düzgün qaydada yenidən bölüşdürülməsi;
  • müəssisənin bütün şöbələrinin faydalı iş əmsalının (FİƏ) yüksəldilməsi;
  • biznes kimi mürəkkəb sistemi pozuntularsız fəaliyyət göstərməsi üçün onun düzgün sazlanması.

“Caspel” şirkətinə müraciət etməklə, Siz həllə edilə biləcək problemlərin sayından xoş təəccüblənəcəksiniz.

Siz +994 12 567 90 90 telefon nömrəsinə zəng edin və probleminizi bildirin, biz isə ən maksimal effektiv həll verəcəyik!

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı