Startapların ekspert qiymətləndirilməsi xidmətləri

“Caspel” şirkəti yeni bir layihəni: IT sahəsində professional bilgilərə malik olmayan işə təzə başlayan biznesmenlərin startap-ekpertizası və dəstəyi layihəsini işə salır.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Startapa kənar ekspert baxışı Sizə biznes-ideyanın perspektivliyini obyektiv qiymətləndirməyə, “StartUp”ınız üçün hüquqi, texniki və maliyyə dəstəyi almağa imkan verəcəkdir. İşlərə başlamamışdan əvvəl müstəqil ekspertizanı sifariş verməklə Siz risklərinizi azaldır, investorların vəsaitlərinin bölüşdürülməsinin effektivliyini isə artırmış olursunuz.

I“Caspel” şirkətinin IT-mütəxəssisləri Sizə aşağıdakı imkanları verən biznes-ideyanın ekspert qiymətləndirməsinin təsirli metodikasını hazırlayıb tətbiq etmişlər:

  • öz IT-biznesinizi Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ən iri şirkətlərindən birinin partnyorluq mühafizəsi altında başlamağa;
  • ideyanı həyata keçirilməsinin imkanı, onun yerinə yetirilməsi metodları və proqnozlaşdırılan xərcləri barədə obyektiv və qərəzsiz qiymətləndirilmə əldə etməyə;
  • Azərbaycanın daxili və ya xarici bazrında perspektivli kimi qiymətləndirilmiş startaplara ayrılmış investisiya qrantlarından istifadə etməyə;
  • yaratdığınız texnologiyalara milli və beynəlxalq patentlərin alınmasının rəsmiləşdirilməsi məsələsində “Caspel” tərəfdən hüquqi dəstəyin verilməsinə;
  • ideyalarınızı həyata keçirməyə və bu ideyalardan gəlir əldə etməyə.

Bütün dünyadakı yeni IT-layihələrin müvəffəqiyyət tarixçələri ilə uzlaşan öz təcrübəmizdən biz bilirik ki, startapın ilkin düşünülmüş plan üzrə həyata keçirilməsi – istisnavi bir məsələdir. Biznes-ideyanın ilkin mərhələsində müstəqil ekspert qiyməti verən kənar IT-mütəxəssislərin cəlb edilməsi, ikinci dərəcəli məsələlərin həllinə sərf olunan vaxt itkisinin qarşısını almağa, investorların vəsaitlərini düşünülmüş şəkildə xərcləməyə və bununla da startapın maliyyələşməsini sürətləndirməyə imkan verir.

IT-StartUp Ekspertiza

"Caspel" şirkətinin IT-mütəxəssisləri biznes-ideyanın ekspert qiymətləndirməsinin təsirli metodikasını hazırlayıb tətbiq etmişlər

İdeyanız üçün obyektiv və təhlükəsiz

Biz Sizin intellektual mülkiyyətinizə hörmətlə yanaşırıq. Ona görə də ekspertiza, nəzərdən keçirilən layihəyə olan Sizin hüquqları təsdiq edən müqavilə şərtləri ilə aparılır. Qiymətləndirmənin obyektivliyi, ekspert nəzərinin tərtib edilməsi üçün zəruri olan IT, maliyyə və digər sahələrin mütəxəssislərinin cəlb edilməsi ilə təmin edilir.

Qiymətləndirməyə belə yanaşma aşağıdakıları əldə etməyə imkan verir:

  • startapın perspektivliyini və unikallığını düzgün dəyərləndirmək. Biz daima bütün dünya üzrə tətbiq olunan yenilikləri izləyirik. U isə dəyərli ideyaları fərqləndirməyə imkan verir;
  • startapın işə salınması üçün tələb olunan vaxt, həllin tez və effektiv hazırlanması üçün zəruri olan maliyyə, texnoloji və istehsal vasitələr barədə dəqiq təsəvvür əldə etmək;
  • layihənin idarəedilməsi və qərarların qəbul edilməsində azad olaraq, maliyyə və hüquqi dəstəklə təmin olunmaq;

Startapın ekspert qiymətləndirilməsini +9 (9412) 567-9090 telefon nömrəsinə zəng etməklə sifariş verin.

yuxarı